Abdullah Ağar: Kürdcənin “rəsmi dil” halına gətirilməsi ayrılığı və parçalanmanı institutlaşdırır
08:25 25.08.2025
Dünya
290
"Demokratiya, azadlıq, mədəni hüquqlar kimi maskalar altında Kürdcənin “təhsil dili – rəsmi dil” olmasını dilə gətirənlər, dəstəkləyənlər, bilə-bilə və ya bilmədən, Türkiyənin sabitliyinin pozulmasına, parçalanmasına və türk ilə kürdün düşmənləşməsinə xidmət edirlər".
Bu sözləri Sherg.az-a açıqlamasında Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar bildirib.
Onun sözlərinə görə, hər kəs öz bölgəsində, özəl həyatında istədiyi dili, ləhcəni, şivəni danışa bilər:
"Bu, bir zənginlikdir. Ancaq belə bir zənginlik düzgün yerdə dəyər olduğu kimi, yanlış yerdə isə zəhərə çevrilə bilər. Əgər Kürdcə ümumi sistemə zorla gətirilərsə, digər tələblər də ardınca gələcək. Bu zaman artıq dövlət sistemində dəlik açılmış olacaq. Əslində bütün bu baş verənlər cəmiyyətin parçalanması, düşmənləşdirilməsi və ölkənin bölünməsi naminə aparılan gizli bir əməliyyatdır. Ontoloji simsarlarsa bunu planlayır və idarə edir. Saf, cahil, hiyləgər, fürsətçi və mənfəətpərəstlər də bu işdə alət kimi istifadə olunur. Bunu ən yaxşı şəkildə dağıdıcı, bölücü, separatçı terror təşkilatı YPG/KCK/PKK və onların əlində oyuncaq olan “kurnaz kürdçülər” bilir. Ən yaxın nümunəsi İraq və Suriyadır. Dil üzərindən edilən təzyiqlər vahid dövlət quruluşunu, ortaq məqsədi, hüquq sistemini, ordunu və birlikdə yaşamaq arzusunu dərin uçurumlara və qopmalara sürükləyib".
Ekspert əlavə edib ki, “Kürdcə” adı altında vahid bir əsas dil yoxdur:
"Türk, ərəb, fars və digər qədim dillərin təsiri ilə formalaşmış Sorani, Behdinani, Kırmançi kimi bir-birindən fərqli, hətta çox zaman bir-birini başa düşməyən müxtəlif dialektlər mövcuddur. Kürdcənin “rəsmi dil” və ya “təhsil dili” halına gətirilməsi ayrılığı və parçalanmanı institutlaşdırır. Dil, dövlətin daşıyıcı sütunudur. Bu sütun dağılsa, sistem çökər; millətin ortaq kimliyi əvvəlcə çatlayar, sonra dağılaraq yox olar. Türkcə bizi bölmür, əksinə BİRLƏŞDİRİR. Türkcə – bu coğrafiyanın damını daşıyan əsas tir, hamımızı eyni evdə tutan ortaq səsimizdir. Türkcə bu coğrafiyanın gələcəyidir. Bunu da ən yaxşı, dağıdıcı-bölücü terror təşkilatı YPG/KCK/PKK və onların əlində alət olan çoxbilmiş kürdçülər, həmçinin onları yönləndirən imperialist, xaosçu və müstəmləkəçilər bilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm