ADY-də qida məhsullarının daşımaları 38% artıb

2026-cı ilin yanvar-iyun aylarında qida məhsullarının ümumi və tranzit daşımalarında ötən ilin eyni dövrü ilə müqayisədə 38% artım olub.

Teleqraf xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, eyni dövrdə tranzit rejimdə daşınmış qida məhsulları 2 dəfə artıb.