Aprelin 1-dən vahid bəyannamənin təqdim edilməsinə başlanılıb
11:26 02.04.2020
İqtisadiyyat
571
Vergilər Nazirliyi vergi ödəyicilərinin inzibati yükünün, o cümlədən təqdim etdiyi hesabatlarının sayının azaldılması və vaxtına qənaət edilməsi məqsədilə vergi orqanlarına təqdim edilən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ilə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə hesabat məlumatlarının optimallaşdırılmasını həyata keçirib.
Nazirlikdən Trend-ə bildirilib ki, bu məqsədlə Vergilər Nazirliyinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta üzrə rüblük hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilib.
Vergi ödəyiciləri tərəfindən vahid bəyannamənin təqdim edilməsinə 01.04.2020-ci il tarixindən başlanılıb.
Bundan əlavə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 32-VIQD nömrəli Qanunu ilə muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular, Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi müqavilələr əsasında işləri yerinə yetirən fiziki şəxslər və yanacaq məhsullarının idxalı və istehsalı ilə məşğul olan şəxslər üzrə icbari tibbi sığorta haqlarının hesablanılması və hesabatların təqdim olunması müddəti 01.04.2021-ci il tarixinədək uzadılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol