AŞ-nin baş katibi Bakıda doqquz milyon avroluq planı təqdim edir
Yusif Nəzərli
06:46 05.04.2022
İqtisadiyyat
830
Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç bu gün Bakıda qurumun Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planını təqdim edir.
“Report” xəbər verir ki, tədbirin açılış sessiyasında ədliyyə naziri Fikrət Məmmədov, Xarici İşlər Nazirliyinin və Fəaliyyət Planını təqdim edəcək Avropa Şurasının Bakıdakı ofisinin yüksək səviyyəli nümayəndələri, benefisiar təşkilatlar və beynəlxalq birliyin üzvləri iştirak edirlər.
Qeyd olunub ki, Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı Nazirlər Komitəsi tərəfindən fevralın 16-da qəbul edilib. Plan insan hüquqları, qanunun aliliyi və demokratiya sahələrində Azərbaycan qanunvericiliyini, institutlarını və təcrübəsini Avropa Şurasının standartlarına daha da uyğunlaşdırmaq məqsədi daşıyan strateji proqramlaşdırma alətidir.
Fəaliyyət Planı ölkənin Avropa Şurasına üzv dövlət kimi öz öhdəliklərinə əməl etmək səylərini dəstəkləmək məqsədi daşıyır. Həmçinin qanunvericiliyin Avropa və beynəlxalq standartlara uyğunlaşdırılmasına, institusional potensialın artırılmasına, qabaqcıl təcrübələrin tətbiqinə və Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Fəaliyyət Planı Avropa Şurasının qanuni orqanlarının və monitorinq orqanlarının əvvəlki qərar və tövsiyələrini, habelə milli islahat gündəliyini nəzərə alır. Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avro təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə