ASELSAN Azərbaycanda yeni layihələr hazırlayır
Yusif Nəzərli
07:00 29.12.2021
İqtisadiyyat
581
"ASELSAN Azərbaycanda yeni layihələr hazırlayır".
"Report" xəbər verir ki, bu fikirləri Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün rəsmi qəzetə müsahibəsində deyib.
"Türkiyə-Azərbaycan qardaşlığını zirvələrə daşıyan prezidentimiz Rəcəb Tayyib Ərdoğanın və möhtərəm Prezident İlham Əliyevin bu məsələdə sərt mövqeyi də bizə ruh yüksəkliyi və cəsarət verir. Biz ASELSAN olaraq Türkiyə-Azərbaycan münasibətlərinin ən mühüm məsələlərindən biri olan regional təhlükəsizlik və hərbi əməkdaşlıqla bağlı dövlətlərimizə hər cür töhfə verməyə çalışırıq.
Ötən əsrin 90-cı illərinin əvvəllərindən Qarabağ bölgəsində Azərbaycan Ordusunu ASELSAN məhsulları ilə təmin etməklə bu torpaqları daha da firavanlaşdırmaq, övladlarımıza işıqlı gələcək bəxş etmək məqsədi ilə sarsılmaz təməllər üzərində qurduğumuz əlaqələrimiz bir çox sahələrdə davam edir. 1998-ci ildə Azərbaycanda fəaliyyət sahələrimizin artması və göstərdiyimiz xidmətlər sayəsində ASELSAN-ın 100 faiz törəmə şirkəti olan "ASELSAN-Bakı"nı yaratdıq. "ASELSAN-Bakı" vasitəsilə Azərbaycanda yeni layihələr hazırlayır və müqavilələr üzrə təhvil verilən sistemlərin texniki quraşdırılması, satışdan sonrakı nasazlıqların aşkar edilməsi və texniki xidmət-təmir işlərini həyata keçiririk. Biz taktiki sahədə təhlükəsiz, əl, avtomobil, arxa və hava radio həllərimizlə dəniz rabitə sistemləri, radio bağlantıları, peyk rabitə sistemləri kimi ən son texnologiya məhsulları təklif edirik", - o vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya