Azərbaycanda kolbasa xammalı üçün Rusiyaya alternativ bazarlar axtarılır
Yusif Nəzərli
19:20 05.04.2022
İqtisadiyyat
1146
Ötən il ərzində Azərbaycana gətirilən 5 min 567,09 ton kolbasanın 77 %-i Rusiyanın payına düşüb.
“Report” xəbər verir ki, 2022-ci ilin ilk ayında Azərbaycana xaricdən 937,11 min ABŞ dolları dəyərində 294,58 ton kolbasa gətirilib ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə dəyər ifadəsində 12,3 %, kəmiyyət olaraq – 25,6 % azdır.
Azərbaycan hesabat dövründə Rusiyadan 577,28 min ABŞ dolları dəyərində 195,59 ton kolbasa alıb. Sonrakı yerlərdə isə Almaniya, Belarus, Türkiyə və Polşa gəlir.
2021-ci ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 23,9 % və 39,3 % azalıb.
Yəni, statistik rəqəmlər ölkəmizin kolbasaya olan tələbatının Rusiya bazarından asılılığını göstərir. Bəs Rusiyadan kolbasa idxalı dayandırıldığı halda yerli istehsalat bu tələbatı ödəyə biləcəkmi?
Həm kolbasanın istehsalı, həm də onun ölkəmizə idxalı ilə məşğul olan iş adamı Hacı Ələsgərov “Report”a bildirib ki, hazırda Ukrayna və Rusiyadan kolbasa məhsullarının gətirilməsi prosesi dayanıb:
“Hazırda bazara çıxardığımız kolbasalar yerli istehsaldır. Bazarda Ukrayna və Rusiyadan gəlməyən kolbasa məhsullarına görə problemin yaranacağını da düşünmürəm. Bazarda olan Rusiya istehsalı kolbasalarda məhdudlaşma yoxdur. Hazırda kolbasa məhsullarında 10 % qiymət artımı müşahidə olunur”.
İş adamı deyir ki, ümumiyyətlə, ət məhsullarının qiyməti qalxdığı üçün ümumi istehsalın maya dəyərinə təsir edir:
“Bizim məhsullarımızın tərkibi 70 % ətdən ibarətdir. Öz məhsullarımızı özümüz istehsal edir, özümüz də satırıq. Lakin kolbasa məhsullarında istifadə olunan xammalın - yağın böyük əksəriyyəti Ukraynadan gəlir. Ukraynadan tədarükdə problem olduğu üçün Türkiyəyə müraciət edirik. Yaxud da Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlərdən həmin məhsulu alırıq. Onlar isə bu məhsulları dünyanın bir çox yerlərindən alırlar”.
Ölkəmizdə fəaliyyət göstərən kolbasa şirkətlərindən birinin baş texnoloqu Yusif Abbasov Rusiyadan kolbasanın istehsalı ilə bağlı asılılığımızın olduğunu bildirir:
“Hazırda istehsalda bir problem yoxdur. Xammalımız əsasən Rusiyadan gəlirdi. İnsi isə əsasən yerli istehsalçılarımızla işləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial