
Azərbaycanda otellər müştəriləri “soyur”: qiymətlər fantastik, xidmət aşağı və fırıldaqçılıq...
Yusif Nəzərli
14:42 07.01.2022
İqtisadiyyat
671
Xalid Kərimli:“Otellər ilin 12 aylıq xərcini 2-3 ay ərzində çıxarmağa məcburdular. Bu da yüksək qiymətlərin təyin edilməsi ilə nəticələnir”
Məhəmmədəli Qəribli:“Ailəmlə birlikdə istirahət hüquqlarımdan faydalanmaq istədim. Amma gördüm ki, çox fantastik qiymətlər var”
Turizm sektorunun inkişafına təsir göstərən əsas amillərdən biri də otel və əyləncə mərkəzləridir. Səyahət zamanı turistlər demək olar ki, öncə həmin ölkənin otel qiymətləri ilə tanış olur. Azərbaycanda bu sektordakı vəziyyət ürəkaçan deyil. Ölkəmizdəki yerli və xarici turistlər qiymətlərin bahalığından şikayətlənirlər. Həmçinin vətəndaşlarımız xarici ölkərdə istirahət etməyin Azərbaycandan daha ucuz başa gəldiyini söyləyirlər. Qiymət artdıqca müştəri sayında da azalma müşahidə olunur. Otellərin qiymət siyasəti birbaşa ölkənin iqtisadiyyatına ziyan vurur.
Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı -ekspert Xalid Kərimli bildirib ki, ölkədə turizm obyektləri tikilən zaman xərclər digər ölkələrə nəzərən daha baha olur:
"Çünki biz tikinti və təmir materiallarını, mebel avadanlıqlarını və aksesuarlarını İspaniya, Türkiyə, İtaliya və.s kimi xarici ölkələrdən gətiririk. Hətta işçi qüvvəsinin bir qismi və mütəxəssislər xaricdən gətirilir. Biz də həmçinin otellər tikilən zaman əlavə xərclər və qeyri-qanuni tələblər meydana çıxır. Başqa dövlətlərdə isə otel tikilən zaman əksinə müəyyən güzəşt və yardımlar olur.
Ekspert vurğulayıb ki, burada miqyas effekti məsələsi də var:
“Digər ölkələrlə müqayisə etsək, bizdə qış fəsli və ya dəniz mövsümü maksimum 3 ay davam edir. Amma başqa ölkələrdə - İsveçrə,Türkiyə və.s qış turizmi geniş olan ölkələrdə qış turizmi 5-6 davam edir. Ona görə də bizdə otellər ilin 12 aylıq xərcini 2-3 ay ərzində çıxarmağa məcburdular. Bu da yüksək qiymətlərin təyin edilməsi ilə nəticələnir.
Başqa səbəb isə müştərilərin və turistlərin sayının az olmasıdır. Otellərin və əyləncə mərkəzlərinin doluluq səviyyəsi aşağıdır. Ümumiyyətlə, Azərbaycan turizm sahəsi zəif inkişaf edib. Buna görə də sahibkar qiymətləri artırmaq məcburiyyətində qalır”.

Jurnalist Məhəmmədəli Qəribli bildirib ki, doğurdan da Azərbayanda turizm qiymətləri, xüsusilə otel qiymətləri fantastik həddədir:
“İnsanlar otellərə əsasən bayram günlərində müraciət edir. Çünki həmin günlər qeyri-iş günləri olur. Bu da ildə 3-4 dəfə yaşanır. Yeni il ərəfəsində bu bahalığı mən də müşahidə etdim. Ailəmlə birlikdə istirahət hüquqlarımdan faydalanmaq istədim. Amma gördüm ki, çox fantastik qiymətlər var. Otellərdə qiymətlər bir nəfər üçün əyləncə proqramları daxil olmaqla, 300 manat təşkil edirdi. Bu qiymətlər digər xüsusi istəklərə görə daha da arta bilər. Bu çox biabırçı vəziyyətdir. Eyni zamanda istirahət mərkəzlərində göstərilən şəraitlərlə qoyulan qiymətlər üst-üstə düşmür. Sanki xarici bir turizm potensialına əsaslanır. Bir neçə gün əvvəl "Şahdağ" Turizm Kompleksində oldum. Ordakı qiymələr də çox fantastikdir. Hesab edirəm ki, orada turistlərin aldadılması prosesi də baş verir. Məsələn, xizəklə xidməti ilə bağlı müraciət edib, ödəniş etdikdən sonra əraziyə giriş etmək üçün əlavə kart tələb almaq olunur. Təsəvvür edin, bunu bildikdən sonra insan bilmir xizəyi təhvil versin, yoxsa əraziyə daxil olsun. İnsanlar məcbur qalıb, əraziyə giriş edir. Kartın qiyməti də xizək ilə eyni miqdarı təşkil edir”.
M.Qəribli hesab edir ki, belə hallar ölkənin iqtisdiyyatına mənfi təsir edir:
“İnsanlar pulu xaricdə xərcləyir. Eyni zamanda biletlər də bahadır. Xarici turistlərin ölkəyə gəlməməsi həm bu səbəbdən, həm də pandemiya səbəbindən çətinləşir. Burada da AZAL-ın monopolis mövqeyi də var”.
Jurnalist hesab edir ki, bunlar tənzimlənməlidir:
“Bununla əlaqəli xüsusi dövlət qurumları və agentliklər var. Onlar bu işə ciddi şəkildə nəzərət etməlidir. Bu işdə hərc-mərclik yaşanır. Yəqin ki, çox insan mənimlə razı olar. Sosial şəbəkədə paylaşdığım videolara yazılan şərhlərdən bunu hiss etmək olur. İnsanlar bildirir ki, dövlətin hesabına yaradılan qurğular ölkənin böyük əksəriyyəti üçün əlçatmazdır. Biz elə etməliyik ki, vətəndaşlar bunlardan yararlana bilsin”.
Çimnaz ŞAHLAR
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə