Azərbaycanda turizmin qarşısında ən böyük sədd “AZAL”dır - Natiq Cəfərli
09:00 12.06.2022
İqtisadiyyat
755
““Formula-1” heç bir ölkəyə birbaşa qazanc gətirmir, amma iş doğru təşkil olunanda iqtisadiyyatda multiplikativ effekt yaradır, ölkənin tanıtımı maddiləşir, turizm və investor axını artır ki, bu da biznesin qazanmasına, daha çox qazandıqca ödədiyi verginin həcminin artmasına səbəb olur”.
“Sherg.az”ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, ölkələr məhz belə pul qazanırlar:
“Bizdə əhalinin bu yarışa neqativ münasibəti tək şəhərin iflic olmasına, yolların bağlı, saatlarla tıxacların yaranmasına görə deyil. Həm də ona görədir ki, bu yarış zamanı və yarışdan sonra yaranmalı olan tanıtıma görə pul qazanmırlar. “Formula-1” çox populyar yarışdır. Dünyada 500 milyon nəfərə yaxın azarkeşi var. Deməli ölkələr üçün tanınmağın artmasına yaxşı şərait yaranır. Doğru siyasətlə bu tanıtım maddiləşməlidir. Turizm artır, hər turist bizim kimi ölkələrdə ortalama həftəyə ən azı 500 dollar pul xərcləyirlər. Bu vəsait biznesə gəlir kimi daxil olur, biznesin də vergi öhdəliyi artır, bununla da büdcə də qazanır”.
N.Cəfərliyə görə, bizdə turizmin qarşısında ən böyük sədd “AZAL”dır:
“Belə yüksək bilet qiymətləri turizmin qənimidir. Həm də ona görə “Formula-1”-in effektini görmürük. Tanıtımın digər maddiləşməsi investisiyalar olmalıdır. Bu sahədə də “sinifdə qalmışıq”, investisiya mühiti toksikdir, cəlbedici deyil. Deməli tanıtımın bu “nemətindən” də istifadə edə bilmirik. Beləliklə, əhalinin narazılığının kökü məhz, “Qızınmadıq istisinə, kor olduq tüstüsünə”, yanaşmasındandır və camaat tam haqlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə