Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi təyin edilib
Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi təyin edilib
Yusif Nəzərli
09:16 31.05.2023
İqtisadiyyat
674
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi təyin edilib.
"Report"un məlumatına görə, T. Tağıyev Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. Bundan əlavə, Dövlət İqtisad Universitetinin biznesin idarəolunması proqramı üzrə MBA, həmçinin, ABŞ-ın Corcia Dövlət Universitetində dövlət idarəçiliyi üzrə magistr təhsili alıb.
2001-ci ildə əmək fəaliyyətinə başlayıb, müxtəlif özəl və dövlət qurumlarında çalışıb, o cümlədən Avropa Məhkəməsinə Müraciətetmə Mərkəzində və İqtisadi İnkişaf Nazirliyində işləyib. 2008-ci ildən İslam İnkişaf Bankı (İİB) Qrupunun Azərbaycandakı təmsilçisi vəzifəsini yerinə yetirib, 2021-ci ildən isə Azərbaycan, Albaniya və Orta Asiya ölkələrini İİB-in Direktorlar Şurasında icraçı direktor qismində təmsil edir. 2020-2021-ci illər ərzində Dünya İqtisadi Forumunun Rəqəmsal Ticarət Platforması çərçivəsində mübadilə proqramının iştirakçısı olub.
2021-2023-cü illərdə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru vəzifəsində çalışıb.
Hazırda 4SİM-in icraçı direktoru vəzifəsi Mərkəzin icraçı direktorunun müavini Fariz Cəfərova həvalə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya