Qazaxda yük avtomobili yandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral yolunun Qazax rayonundan keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Teleqraf xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1994-cü il təvəllüdlü Mehdiyev Nəsrəddin Səfər oğluna məxsus "DAF" markalı yük avtomobilinin kabinası və ön təkərləri yanıb.

Xəsarət alan olmayıb.

Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.