Bahalaşan məhsulların adları AÇIQLANDI - SİYAHI
Yusif Nəzərli
12:02 10.05.2023
İqtisadiyyat
768
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrünə nisbətən 113,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 116,6 , qeyri-ərzaq məhsulları üzrə 111,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,7% təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, 2022-ci ilin eyni ayına nisbətən 112,8% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, 2022-ci ilin aprel ayına nisbətən 115,1% təşkil edib.
Bu ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyü, vafli, peçenye, mal və qoyun ətləri, yoğurt, xama, pendir, zeytun yağı, naringi, portağal, alma, balqabaq, yerkökü, soğan, şəkər, konfetlər, çay, mineral sular, pivə, tütün məmulatları, ucuzlaşma isə əsasən çörək, un, qarabaşaq yarması, təzə balıq, yumurta, süfrə marqarini, kərə, günəbaxan və qarğıdalı yağları, banan, kələm, xiyar, çuğundur, kartof, mərcinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, 2022-ci ilin aprel ayına nisbətən 111,3% təşkil edib.
Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən yağlı boyalar, mebellər, məişət cihazları, minik avtomobilləri üçün ehtiyat hissələri, ucuzlaşma isə kəsilmiş taxtalar, mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4%, əvvəlki ilin aprel ayına nisbətən 110,7% təşkil edib. Hesabat dövründə əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma mənzillərin icarə haqlarında, stomatoloji, bərbərxana, kosmetoloji, ictimai iaşə və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm