Bakıda 1-ci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilib - FOTO
Yusif Nəzərli
11:59 02.06.2023
İqtisadiyyat
852
Bakı Konqres Mərkəzində 1-ci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilib.
İlk dəfə təşkil olunmuş forum 31 may-2 iyun tarixlərində ölkəmizdə keçirilən 20-ci yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “Translogistica Caspian” Sərgisi çərçivəsində keçirilib.
Tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Yaşıl Dəhliz Xidməti” QSC, “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Gömrük Təmsilçiləri və Logistika Şirkətlərinin Assosiasiyası, Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Federasiyası (FIATA), Beynəlxalq Logistika və Nəqliyyat İnstitutu (CILT), Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənib.
Forumda Azərbaycanın dövlət qurumlarının, beynəlxalq təşkilatların, nəqliyyat assosiasiyalarının nümayəndələri, sektor üzrə mütəxəssislər və sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, TRASEKA-nın baş katibi Asset Assavbayev Azərbaycanın beynəlxalq logistika marşrutlarını birləşdirən mərkəzə çevrilməsi, tranzit perspektivləri, logistika xərclərinin optimallaşdırılması, müasir logistikada yeni texnologiyalar və avtomatlaşdırılma, KOB-ların müvafiq sahədə fəaliyyəti, insan kapitalı, peşə təhsili və təlimi kimi mövzular barədə fikirlərini bölüşüblər.
Forum çərçivəsində, həmçinin, “Logistika infrastrukturunda KOB-ların perspektivləri”, “Tranzit perspektivləri və beynəlxalq gömrük standartlarına uyğunluq” və “İnsan kapitalı, peşə təhsili və təlimi” mövzularında panel müzakirələr təşkil edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə