Bakıda taksilərin qiyməti 30 faiz bahalaşıb
Yusif Nəzərli
13:05 29.04.2023
İqtisadiyyat
550
Ekspertlər hesab edir ki, gedişhaqqının artması müvəqqəti xarakter daşıyır
Bakıda fəaliyyət göstərən taksi xidmətlərində gedişhaqqı artıb. Qiymətin bahalaşmasını taksi sürücüləri və sərnişinlər də "Trend"ə təsdiqləyib. Onların sözlərinə görə, gedişhaqqı 30 faizə qədər bahalaşıb. "Sürücülər bildiriblər ki, hazırkı bahalaşma "Formula-1" ilə bağlıdır. Belə ki, yarışla əlaqədar Bakıya çoxlu sayda turist gəlib.
Bu səbəbdən də taksi xidmətlərindən istifadə artıb. İkinci səbəb kimi isə yarışların keçirildiyi mərkəzi yolların bağlı olması və benzin sərfiyyatının artmasdır. Bu hal müvəqqətidir. Yarışlar bitdikdən sonra qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq", - deyə qeyd edilib. Rəqəmsal İnkişaf və Rabitə Nazirliyindən isə bildirilib ki, taksi minik avtomobilləri ilə daşımalarda tariflər dövlət tərəfindən tənzimlənmir.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Şərq”ə açıqlamasında qeyd etdi ki, taksi xidmətində gedişhaqqının artması müvəqqəti xarakter daşıyır:
- Həqiqətən də, hazırda paytaxt yollarında sıxlıq və tıxaclar müşahidə edilir. Buna görə də taksi xidmətində də çətinliklər yaranıb. Ümumiyyətlə, taksi xidməti adətən dəyişən tariflərlə müşayiət olunur. Həftənin günlərindən, günün “pik” saatlarından, hava şəraitindən asılı olaraq qiymətlər dəyişir. Bu, həmişə belə olub. İndi isə əlavə çətinliklər də var. Əsas yollar bağlıdır, sürücülər alternativ yollardan istifadə edir, məsələn, 15-20 dəqiqəyə qət edə biləcəkləri məsafəni, yarım saata, hətta daha uzun müddətə qət edirlər. Əlbəttə, bu həm yanacaq sərfidir, həm də əlavə vaxt itkisi. Ona görə də qiymətlərdə bahalaşma baş verib.
E.Cəfərov taksi sürücülərinin əlavə xərclərini xarici turistlərlə kompensasiya edə bilmələri məsələsinə də toxundu:
- Bəzən belə iradlar səslənir ki, yerli camaatla xarici turistlər xidmət haqqında fərqləndirilməlidir. Məncə, bu, düzgün deyil və istehlakçı hüquqlarının pozulmasıdır. Xarici turist də istehlakçıdır, onları maddi cəhətdən daha təminatlı hesab edib “qiymət oxumaq” yanlışdır. Onların da istehlakçı kimi hüquqları var. Yerli əhaliyə bir, əcnəbiyə başqa tarif tətbiq etmək nə hüquqi baxımdan, nə də etik cəhətdən doğru olmaz.
E.Cəfərov taksi xidmətindən istifadə edənlərə bir neçə gün gözləməyi tövsiyə etdi:
- Mayın 15-dən sonra taksilərdə qiymətlər stabilləşəcək. Əvvəlki vəziyyət bərpa olunacaq.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm