Bakıda torpağın və fərdi evlərinin dəyəri artdı

2026-cı ilin iyununda may ayı ilə müqayisədə Bakıda torpaq və fərdi yaşayış evləri bahalaşıb.

Bu barədə Teleqraf-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən bildirilib.

Məlumata görə, iyunda inzibati rayonlar üzrə torpaq bazarında ən yüksək qiymət artımı Sabunçu, Suraxanı və Xəzər rayonlarında qeydə alınıb.

Belə ki, Sabunçuda bahalaşma 3,7%, Suraxanıda 3,5%, Xəzərdə isə 3,2% olub. Binəqədidə torpaq bazarında qiymətlər 3,3%, Qaradağda 3%, Xətaidə 2,9%, Səbaildə isə 2,8% artıb.

Bundan əlavə, Nərimanov rayonunun torpaq bazarında 2,7%-lik qiymət artımı qeydə alınıb. Yasamal, Nəsimi və Nizami rayonlarının hər birində qiymətlər 2,6%, Pirallahıda isə 2,3% yüksəlib.

Qeyd edək ki, paytaxtda fərdi yaşayış evləri üzrə ən yüksək bahalaşma Xəzər rayonunda (2,5%) qeydə alınıb. Sabunçuda qiymətlər 2,3%, Binəqədi və Suraxanıda 2,2%, Qaradağda isə 1,8% artıb.

Nərimanov, Xətai və Nizami rayonlarında artım 1,7%, Yasamal və Pirallahıda 1,6%, Səbail və Nəsimi rayonlarında isə 1,5% təşkil edib.