Bakıya axının qarşısını almaq çox çətindir
Yusif Nəzərli
13:33 25.12.2021
İqtisadiyyat
518
Əgər regionlarda normal gəlir sahələri, biznes imkanları olmayacaqsa, mərkəzə doğru sürətli urbanizasiya davam edəcək
Əhalinin paytaxta axınının qarşısının alınması baxımından Bakı ilə rəqabət apara bilən regional şəhərlər yaradılmalıdır. Bu təkliflə AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov çıxış edib. Alim iqtisadi baxımdan qeyri-fəal rayonların mərkəzdən idarə olunmasını məqsədəuyğun hesab edərək bildirib ki, bəzi rayonların potensialından düzgün istifadə edilmədiyindən daha səmərəli fəaliyyət göstərmək üçün yeni inzibati idarəetmə sisteminə keçilməli və səlahiyyətlər mərkəzləşdirilməlidir.
Azərbaycanın kənd təsərrüfatı sahəsində potensialı nəzərə alınmalı, aqrar sənaye kompleksləri qurulmalıdır. Əhalinin paytaxta axınının qarşısının alınması baxımından Bakı ilə rəqabət apara bilən regional şəhərlərin yaradılması zəruridir. Həmin şəhərlərdə iri sənaye obyektlərinin, xidmət sahələrinin yaradılması ətraf ərazilərin sakinlərinin həm işlə təmin olunmasına, həm də gəlirlərin əldə edilməsi üçün zəmin yaradar. Bakıya axının qarşısı da alınar.
İqtisadçı Rəşad Həsənov “Şərq”ə açqlamasında qeyd etdi ki, paytaxta axının qarşısının alınması uzun illərdir müzakirə predmetidir. Lakin hələ də əməli işlər görülməyib:
- Bakıya axının qarşısının alınması üçün hansı tədbirlər görülməlidir, bunu hamı bilir. Regionların sosial-iqtisadi inkişafına yönəlmiş dövlət proqramlarının qəbulu həm də bu məqsədə xidmət edir. 2019-2022-ci illər regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı var, sonrakı illərdə də yəqin analoji proqramlar qəbul ediləcək. Paytaxta axının qarşısının alınması regionların hansı sürətlə, hansı şəkildə inkişafına bağlıdır. Əgər regionlarda sosial-iqtisadi inkişaf olmayacaqsa, idarəetmə strukturlarına, rəsmi orqanlara çıxış imkanları, normal gəlir sahələri, biznes imkanları, normal səhiyyə xidmətləri olmayacaqsa, mərkəzə doğru sürətli urbanizasiya davam edəcək.
Bunun qarşısını almaq və regionlarda inkişafa nail olmaq istəyiriksə, keyfiyyət dəyişikliyinə gedilməlidir. İslahatlar aparılmalıdır. Bir var kortəbii urbanizasiya, bir də var planlı urbanizasiya. Təbii ki, kortəbii urbanizasiya zərərlidir, iqtisadiyyatın birtərəfli inkişafına səbəb olur. Şəhər böyüyür, regionlar, kəndlər boşalır. Aqrar sahə, kənd təsərrüfatı geriləyir. Planlı urbanizasiyada isə bütün amillər nəzərə alınır. Regionlarda iqtisadi imkanlar genişlənir, sənaye müəssisələrinin sayı artır, kənd təsərrüfatı, aqrar sənaye inkişaf edir, əhalinin gəlirləri çoxalır və əhalinin şəhərə axın etməsinə ehtiyac qalmır. Bizdə mərkəzə axın ona görə baş verir ki, iqtisadiyyatın 80 faizi, maliyyə resurslarının 85 faizi, əmək bazarının 75 faizi Bakının payına düşür. Yüksək səhiyyə xidməti də paytaxtdadır. Rayonda iş tapmayan Bakıya gəlib tikintidə, xidmət sektorunda günəmuzd, ya da müqaviləylə işləyir. Ona görə də tarazlıq pozulub.
R.Həsənov sovet illərində rayon, kənd əhalisinin paytaxtda qeydiyyata alınmamasının da şəhərə axının qarşısını ala bilmədiyini dedi:
- Bir zamanlar belə qayda qoyulmuşdu, rayon əhalisi Bakıda qeydiyyata alınmırdı. Bunu guya ona görə etmişdilər ki, rayon, kənd əhalisi şəhərə axışmasın. Amma bu inzibati üsulun heç bir əhəmiyyəti olmadı. Mən ümumiyyətlə, inzibati metodların tərəfdarı deyiləm. Bu cür problemlər təşviq yoluyla həllini tapmalıdır. Rəqəmlər heç də həmişə reallığı əks etdirmir.
Tutalım, regionlardan gələn əhalinin Bakıda qeydiyyata alınması dayandırıldı. Əmək bazarına gələn əhali onsuz da bir yerdə iş tapıb çalışacaq.
Hazırda paytaxtda o qədər vətəndaş var ki, qeydiyyatları hansısa regionadır, amma Bakıda işləyirlər. Paytaxtda əhalinin sayı az göstərilə bilər, amma bu, urbanizasiyanın dayandırılması demək olmayacaq.
Əgər regionlarda sadaladığımız şərtlər həllini tapmayacaqsa, qeydiyyat embarqosu tətbiq etməyin mənası olmayacaq. İnzibati metodlar problemi həll etmir, üstünü örtür, problem olduğu kimi qalır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya