
Belə də qiymət olmaz: Şadlıq sarayları insanları “soyur”
Yusif Nəzərli
17:28 29.04.2023
İqtisadiyyat
730
İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı şadlıq saraylarına nəzarəti artırmalıdır
Bahalaşma şadlıq sarayları və restoranlardan da yan keçməyib. Sözügedən xidmət sahələrində menyu qiymətlərinin bahalaşması ilə bağlı sosial şəbəkələrdə ciddi narazılıq var. Restoran sahibləri də bu il menyuların qiymətində təxminən 8-15 faiz arasında bahalaşma olduğunu deyir. Vətəndaşlar isə şadlıq saraylarında menyuların qiymətində 20-30 faiz artım olduğunu iddia edirlər. Belə ki, əvvəllər 130-140 manata təklif olunan bahalı menyuların qiyməti hazırda 170-190 manat arasında dəyişir. Bir neçə ay əvvəl 50 manata təklif olunan menyunun qiyməti isə 60 manata qədər artıb.

İqtisadçı-ekspert Eyyub Kərimlinin “Şərq”ə açıqlamasına görə, ötən ilin böyük faizli inflyasiyasından sonra nəinki şadlıq evi və restoran, bütün xidmət sahələrində qiymətlər artıb. Onun fikrincə, ərzaq məhsullarının qiymətində müşahidə edilən 40 faizli artım ictimai sektordan təsirsiz ötüşməyib. Yəni ki, şadlıq saraylarında qiymətlərin artması ərzaq məhsullarının bahalaşması ilə bağlıdır:
“Mövsümlə əlaqədar kənd təsərrüfatı və ət məhsullarının qiymətində hələ də bahalaşma müşahidə olunur. Bu isə o deməkdir ki, ictimai sektorda da bahalaşma davam edəcək. Şadlıq sarayının sahibləri kobud şəkildə istehlakçıların hüquqlarını pozurlar. Şadlıq sarayları insanları öz büdcələrinə uyğun menyu seçməyə imkan vermirlər. Toy sahibinə standart menyu təqdim edir, masaya oxşar salat və isti yeməkləri düzməklə qiyməti şişirdirlər. Nəticədə isə toy edən vətəndaş qənaət edə bilmir və israfa yol verilir. İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı şadlıq saraylarına nəzarəti artırmalıdır. Əks halda şadlıq sarayları insanları dolayı yolla soymağa davam edəcək. Əgər toy edən şəxslər öz büdcəsinə uyğun menyu tərtib edə bilsə, ciddi xərcə düşməz. Standart menyu o deməkdir ki, orada qeyd olunan bütün ərzaqlar süfrəyə qoyulacaq və toy sahibləri də həmin qidanı istəməsə də, ümumi ödəniş etmək məcburiyyətində olacaq. Onu da deyim ki, yay aylarında kənd təsərrüfatı məhsullarının qiyməti ucuzlaşsa da, restoranlar yenə də indiki qiymətləri təklif edəcək ki, bu artıq süni qiymət artımı deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm