Bəzi sahələrdə maaşlar artırıldı:“Əhalinin sosial rifahı yaxşılaşdırılır”
Yusif Nəzərli
15:51 17.12.2021
İqtisadiyyat
766
Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə uğurlu addımlar atıb. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” , “Minimum aylıq əməkhaqqının artırılması haqqında”, "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında" sərəncamlar imzalanıb. Bu tədbirlər 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir.
Sözügedən tədbirlər planının əhalinin rifahına müsbət təsir göstərəcəyini deyən iqtisadçi-ekspert Pərviz Heydərov bildirib ki, artımlar gözlənilən idi:
“Əhalinin sosial yaxşılaşdırılması üçün oktyabr ayında Azərbaycan prezidenti İlham Əliyev "əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” müvafiq sərəncam imzaladı. Daha sonra büdcə məsələləri Milli Məclisdə müzakirə edilərək əhalinin rifahının yüksəldilməsi naminə qərar qəbul edildi. Prezidentin sərəncamına əsasən, artım yanvarın 1-dən icra ediləcək.
Xüsusən, Minimum əməkhaqqının qaldırılmasını yüksək qiymətləndirirəm. Bu qərar bir çox vətəndaşın rifah səviyyəsinə müsbət təsir göstərək. Həmçinin özəl sektorda da minimum əməkhaqqı məcburi şəkildə qaldırılmalıdır. Ümumilikdə bu barədə qanunun qəbul edilməsi vacib idi.
Təhsil işçilərinin əməkhaqlarının qaldırılması da çox mühüm addımdır. Təhsilimizin keşiyində duran vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi dövlətin marağındadır. Mövcud islahatlar əhalinin rifah səviyyəsinə müsbət təsir göstərəcək.
Əlavə olaraq, qiymət artımlarının müşahidə olunmamağı üçün mühüm addımlar atılacaq. İstehlak bazarına nəzarət artırılmalı, istehlak bazarının idxaldan asılılığı məhdudlaşdırılmalı, yerli istehsal bazarının inkişafı üçün tədbirlər görülməli, süni qiymət artımının qarşısı alınmalıdır”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol