Biz hələ də qonşu ölkələrdən asılıyıq
07:45 15.08.2019
İqtisadiyyat
984
Əgər Rusiyada buğdanın qiyməti bahalaşsa Azərbaycana təsir edəcək
Gürcüstanda un 2 laridən (0.7 dollar) 5 lariyədək (1.7 dollar) bahalaşıb. İndi çörək bişirilən birinci növ unun bir kisəsi 53 laridir (18 dollar).
Sputnik Gürcüstan bildirir ki, bu barədə Un İstehsalçıları Assosiasiyasının icraçı direktoru Levan Silaqava deyib.
"Un dəyirmanları qiyməti 2,75GEL/$1 məzənnəsinə uyğun nəzərdə tuturlar. Həmçinin mövsüm başlayanda biz Rusiyadan tonu 195 dollara buğda alıb dəmiryolu ilə gətirmişik. İndi həmin keyfiyyətdə buğdanı tonu 212 dollardan alırıq, ona görə də unun qiyməti qalxıb", - deyə Silaqava bildirib.
Onun sözlərinə görə, Gürcüstanda bir çox un dəyirmanları zərərə işləsə də, unun qiymətini saxlamağa çalışır. Onlar ümid edirlər ki, Rusiya buğdanın qiymətini salacaq, larinin məzənnəsi isə stabilləşəcək. Bununla da müəssisələrin itkisini qarşılamaq olacaq.
İyunun 20-dən larinin məzənnəsi dollara nisbətdə 6.6 faiz ucuzlaşıb. Həmin tarixdə Gürcüstan Milli Bankı larinin məzənnəsini 2,7871 müəyyən etmişdi, avqustun birində isə bu rəqəm yeni antirekord - 2,9718 - vurub.
İl ərzində Gürcüstan 700 min ton buğda istehlak edir. Bunun yalnız 10 faizi yerli istehsaldır, qalanını isə ölkə Rusiya, Qazaxıstan və Ukraynadan idxal edir. Rusiyanın payına idxalın 90 faizi düşür.
İqtisadçı Nazim Bəydəmirli «Şərq»ə açıqlamasında qonşu ölkədəki bahalaşmanın Azərbaycana təsiri barədə proqnozlarını dilə gətirib:
- Məlumdur ki, buğda ehtiyacımızın əhəmiyyətli hissəsini biz Qazaxıstandan və Rusiyadan idxal hesabına həyata keçiririk. İndiki durumda Rusiyada biçin tam başa çatmadığına görə bazar qiyməti hələ müəyyən olunmayıb. Belə demək mümkündürsə, təqribən sentyabrın 15-nə ərzaq buğdasının qiyməti müəyyən olunur, tam oturuşur. Biz Gürcüstandan buğda idxal etmirik, amma təbii ki, Gürcüstanda un bahalaşırsa, bunun bizə təsiri olub-olmamasını gələcək göstərə bilər.
Ancaq bir məsələ var ki, Rusiyada buğda bahalaşırsa, onun gətirilməsi, yəni nəqliyyat xərcləri də bahalaşmaya təsir edirsə, o zaman bizdə də bahalaşma gözləniləndir. Çox təəssüflə qeyd etmək lazımdır ki, bizdə hələ də kənd təsərrüfatı sahəsində problemlər mövcuddur. Kənd təsərrüfatının inkişafına dövlət səviyyəsində vəsiat ayrılsa da, bəzi problemlərin aradan qaldırılması üçün bunlar yetərli deyil. Mövcud durumda biz hələ də qonşu ölkələrdən asılıyıq. Biz çox ərzaq və kənd təsərrüfatı məhsulları var ki, onları qonşu ölkələrdən idxal edirik və bu asılılıq hələ də aradan qaldırılmayıb.
Problemin aradan qaldırılması üçün ilk növbədə kənd təsərrüfatı sahəsində islahatlar aparılmasına ehtiyac var. Daxili tələbatımızı daxili istehsal hesabına qarşılamaq istiqamətində yeni layihələrin hazırlanması zəruridir. Bunun üzərində hökumət düşünməli, iqtisadi fəaliyyəti daha da stimullaşdırmalıdır. Sahibkarlara, fermerlərə ucuz bank resurslarını əldə etmək üçün imkan yaradılmalıdır ki, fermerlər münasib qiymətə banklardan kredit əldə edərək kənd təsərrüfatı sahəsinə yatırsınlar. Bununla da həm kənd təsərrüfatı sahəsinin inkişafına təsir etmiş olarıq, həm də gələcəkdə ərzaq sahəsində qiymətlərin bahalaşmasından və emal qıtlığından sığortalanmış olarıq.
İlahə Əhmədqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual