“Brent” neftinin qiyməti 87 dollardan aşağı düşüb

“Brent” markalı neftin qiyməti avqustun 14-dən bəri ilk dəfə bir barel üçün 87 dollardan aşağı düşüb.

Teleqraf xəbər verir ki, bunu Londonun ICE birjasındakı ticarət məlumatları göstərir.

Oktyabrda tədarük ediləcək “Brent” markalı neftin fyuçerslərinin qiyməti əvvəlcə 4,67 faiz azalaraq bir barel üçün 87,87 dollara enib.

Daha sonra ucuzlaşma sürətlənib. Bakı vaxtı ilə saat 00:05-də “Brent”in qiyməti 5,73 faiz azalaraq bir barel üçün 86,89 dollar təşkil edib. Beləliklə, neft avqustun 14-dən bəri ilk dəfə 87 dollar həddindən aşağı düşüb.

Eyni zamanda sentyabrda tədarük ediləcək WTI markalı neftin fyuçerslərinin qiyməti 4,95 faiz azalaraq bir barel üçün 80,8 dollara enib.