
Bu ət və süd məhsulları qiymətlərinə müsbət təsir göstərəcək -İqtisadçıdan sevindirici xəbər
Yusif Nəzərli
11:58 24.01.2024
İqtisadiyyat
631
2023-cü ilin yanvar-iyun aylarında işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 9697 ton ət, 72091 ton süd istehsal olunub.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6% və ya 551 ton, süd istehsalı isə 5.2% və ya 3582 ton artıb.Qeyd edək ki, ən çox ət və süd Ağdamda rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Ağdamda rayonunda 2549 ton ət, 22458 ton isə süd istehsal olunub.
Bəs, bu statistika gələcəkdə ət və süd məhsullarının qiymətinin enməsinə təsir edəcəkmi?
Məsələyə münasibət bildirən iqtisadçı -ekspert Eyyub Kərimli “Sherg.az”a bildirib ki, işğaldan azad olunmuş bölgələrimizin reinteqrasiyası ümumdaxili məhsula və ölkə iqtisadiyyatına mühüm təsir göstərəcək:

"Hesab edirəm ki, 10 milyarda yaxın əlavə dəyər yaranacaq. Bu baxımdan 600 min hektar əkinə yararlı torpaqlarda kənd təsərrüfatı sahəsində vaxtı ilə çox böyük potensial mövcud idi. Ermənistan işğal dövründə taxıl təminatının 30 faizi işğal olunmuş torpaqlardan ödənilirdi. Təkcə Ağdam deyil, Füzuli və Laçın rayonlarında da geniş heyvandarlıq potensialı var. Bu prosses qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafına əhəmiyyətli töhvə verəcək. Meyvə- tərəvəz, taxıl, pambıq məhsullarında böyük imkanlar yaranacaq. Bu da ön növbəsində qiymətlərə müəyyən qədər müsbət təsir göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya