Bu il "Aİ-92" markalı benzinin bahalaşması gözlənilmir
10:06 07.08.2021
İqtisadiyyat
715
Çünki benzin və dizelin artması bütün digər sahələrə mənfi təsir göstərir və qiymət artımına səbəb olur
Ötən gün Azərbaycanda “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib. Belə ki, ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub. Qeyd edək ki, “Aİ-98” super markalı benzinin qiyməti daha əvvəl 15 qəpik artaraq 1 manat 55 qəpiyə satılırdı. Bəs "Aİ-92" markalı benzinin qiymətində bu il artım olacaqmı?
Sualımıza iqtisadçı-ekspert Natiq Cəfərli aydınlıq gətirib. Ekspert "Şərq"ə açıqlamasında qeyd edib ki, çox təəssüf ki, Azərbaycan neft ölkəsi olsa da, müasir neftayırma zavodları yoxdur:
"Belə bir zavodların tikilməsi ideyası 2000-ci illərin əvvəlində var idi, ancaq təəssüf ki, reallaşmadı. Ona görə də biz neft məhsulları istehsalında köhnə texnologiyaların ümidinə qaldıq. “Aİ-95” və “Aİ-98” markalı benzin istehsalında uyğun texnoloji bazamız olmadığından məcburən onları xaricdən almağa başladıq. Yəni müasir neftayırma zavodlarının olmaması bu sahədə ən böyük çətinliklər yaratdı. Bunun nəticəsidir ki, bu günləri yüksək keyfiyyətli benzini xaricdən almağa məcburuq. Qeyd edim ki, bu günləri "Aİ-95” markalı benzinin təqribən 72 faizi Rusiyadan, qalan hissəsi isə Ukrayna, Belarus, Rumıniyadan alınır. "Aİ-98” markalı benzin isə Rumıniyadan idxal olunur. Xaricdə, əsasən də Rusiya bazarında benzinin qiymətinin artması ölkəmizin daxili bazarında benzinin qiymətinin artmasına səbəb olur. Daha bir səbəb odur ki, bizdə “Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Nəzərinizə çatdırım ki, bu, bir il öncə Tarif Şurasından çıxarıldı. Məntiqlə, guya, Azərbaycanda rəqabətli mühitdə qiymət formalaşmalı idi. Amma təəssüf ki, bu da baş vermədi. SOCAR və onun törəmə şirkəti bu sahədə inhisarçıdır. SOCAR-dan başqa ölkədə “Aİ-95” və “Aİ-98” markalı benzin gətirən yoxdur. Ona görə də dövlət tərəfindən tənzimlənməsə də SOCAR tərəfindən diktə edilir. Nəticədə də qiymətin artımına şahid oluruq".
"Aİ-92" markalı benzinin qiymətinin artımına gəlincə, iqtisadçı qeyd edib ki, bu markalı benzin hələ ki, Azərbaycanda istehsal olunur və il sonuna kimi artımı gözlənilmir:
"Xatırladım ki, "Aİ-92" markalı benzinin qiyməti ilin əvvəlində 10 qəpik artırıldı və bu da təqribən 11 faiz qiymət artımı demək idi. Ona görə də, yaxın gələcəkdə yenidən bu benzinin qiymətinin artması ilə bağlı hansısa bir addımın atılmasını gözləmirəm. Atılsa da belə çox sərt, yanlış addım olar. Çünki benzin və dizelin artması bütün digər sahələrə mənfi təsir göstərir və qiymət artımına səbəb olur. Necə ki, bu ilin əvvəlində dizel yanacağının qiyməti 34 faiz artdı. Yəni 60 qəpikdən 80 qəpiyə qalxdı və bu da nəticə etibarı ilə bu gün bazarda qiymət artımının əsas səbəblərindəndir. Təbii ki, kənd təsərrüfatı məhsullarının kəskin bahalaşmasının əsas səbəblərindən biri məhz dizel yanacağının qiymətinin qalxmasıdır. Azərbaycanda nə qədər ki, müasir zavod yoxdur, “Aİ-95” və “Aİ-98” markalı benzinə görə xaricdən asılılığımız davam edəcək. Amma "Aİ-92" markalı benzinin qiyməti bu il olmasa da, gələn il ola bilər ki, artımı nəzərdə tutulsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm