Çörəyin qiyməti yenidən ucuzlaşa bilər
Yusif Nəzərli
15:30 08.04.2023
İqtisadiyyat
855
Hazırda dünya bazarında satışa kifayət qədər buğda çıxarılır və panika dövrü geridə qalıb
Azərbaycanda martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə düşüb. Eyni zamanda un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35,5 manat – 37,2 manat olub. 2022-ci ilin avqust ayında bu göstərici 40,7 manat – 41,5 manat təşkil edirdi.
Aprelin 10-dan etibarən Gürcüstanda da çörəyin 10 tetri ucuzlaşması ilə bağlı qərar qəbul olunub. Bu qərardan sonra Azərbaycanda çörəyin yenidən ucuzlaşması ehtimalı yaranıb.
Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, dünya bazarında buğda qiymətlərinin bahalaşmasının əsas səbəbi Rusiya və Ukrayna arasında gedən müharibə idi: "Hər iki dövlətin bazarda əsas buğda ixracatçıları olduğunu nəzərə alsaq, müharibənin başlanğıcında bu vəziyyət dünya bazarında panika yaratmışdı və buğda qiymətlərində sıçrayış yaranmışdı. Lakin daha sonralar bu məsələ nəzarət altına alındığı üçün ucuzlaşma prosesinə keçid baş verdi. Bunun nəticəsi kimi biz ölkə ərazisində mart ayının ortalarında çörəyin qiymətinin 5 qəpik ucuzlaşmasının şahidi olduq".
Ekspert vurğulayıb ki, ölkədə çörəyin yenidən ucuzlaşması baş verə bilər. Çünki hazırda dünya bazarında satışa kifayət qədər buğda çıxarılır və panika dövrü geridə qalıb: "Əlbəttə ki, proses belə davam edərsə, çörəyin qiymətinin daha da ucuzlaşmasını görə biləcəyik. Lakin dünya bazarında buğdanın qiymətlərində yenidən dalğalanma baş versə və qiymətlərdə artım müşahidə olunarsa, o zaman ucuzlaşmadan söhbət gedə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol