Çox ölkələr, çox iş görəcəklər
Yusif Nəzərli
11:06 26.11.2021
İqtisadiyyat
602
Cənubi Koreya şirkətlərinə də şərait yaradılır
Onlar da Qarabağın bərpa-quruculuq işlərində iştirak edəcəklər
Cənubi Koreyanın paytaxtı Seulda "Azərbaycan - Koreya Ticarət və İnvestisiya Forumu: Qarabağa Böyük Qayıdış: azad olunmuş ərazilərin investisiya potensialı, cari və planlaşdırılmış layihələr" mövzusunda tədbir keçirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, nazirlik yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycanın Cənubi Koreyadakı Səfirliyinin və Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) birgə təşkilatçılığı ilə baş tutub.
Məlumata görə, tədbirdə kənd təsərrüfatı və qida sənayesi, tikinti, ticarət, təhsil və digər sahələri təmsil edən 50-dən çox Koreya şirkəti iştirak edib.
Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev ölkəmizin Cənubi Koreyanın biznes və ticarət təşkilatları, o cümlədən KITA ilə əməkdaşlığı, qarşılıqlı biznes əlaqələrinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, Azərbaycanda 70-dən çox Koreya şirkətinin fəaliyyət göstərdiyini qeyd edib.
Nazir müavini Azərbaycanın milli sosial-iqtisadi prioritetləri, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirlərinə və dünya iqtisadiyyatına inteqrasiyası baxımından görülən işləri diqqətə çatdırıb, Koreya şirkətlərini Azərbaycanın əlverişli işgüzar mühitindən yararlanmağa, fəal əməkdaşlığa, işğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan layihələrdə iştirak etməyə dəvət edib.
Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov son illər iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndiyini, əlaqələrin dərinləşməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib, Azərbaycanın Vətən müharibəsində qazandığı böyük Zəfəri diqqətə çatdıran səfir bu tarixi hadisənin Azərbaycan üçün, bütünlükdə region üçün yeni reallıqlar, yeni iqtisadi imkanlar yaratdığını vurğulayıb.
KITA-nın icraçı vitse-prezidenti Seunq Kvan Şin Azərbaycanla ölkəsi arasında ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, KITA və Azərbaycanın müvafiq qurumları ilə tərəfdaşlığın inkişafının önəmini diqqətə çatdırıb.
İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov işğaldan azad olunmuş ərazilərimizin iqtisadi dirçəlişi, bərpa-quruculuq işləri, reallaşdırılan layihələr, AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə xarici investisiyaların cəlbi istiqamətində həyata keçirilən islahatlar, investorlar üçün yaradılmış əlverişli investisiya mühiti barədə təqdimatlarla çıxış ediblər.
Tədbirdə həmçinin, Ələt Azad İqtisadi Zonasının ticarət, nəqliyyat-logistika imkanları və Azərbaycanda reallaşdırılan investisiya layihələrinə dair təqdimat keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə KITA arasında investisiya və biznes əlaqələrinin genişləndirilməsi mövzusunda ikitərəfli görüş keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol