Əkin sahələri niyə azalıb? - İqtisadçı cavab axtarır
08:03 21.05.2023
İqtisadiyyat
667
"2023-cü ilin yanvar-aprel aylarında 266,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.8 faiz azalma deməkdir".
"Sherg.az"ın xəbərinə görə, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib.
Ekspert bildirib ki, əkin sahələrinin azalmasının səbəbləri haqqında rəsmi açıqlama axtarsa da, rast gəlməyib:
"Odur ki, subyektiv olaraq, bir neçə səbəbi ehtimal edirəm. Burada ən böyük səbəblərdən biri statistikanın dürüstləşdirilməsi ola bilər. Məsələn, müəyyən subsidiyalardan yararlanmaq üçün əkin sahəsi kimi qeydiyyatda olan səhələr bu siyahıdan çıxarılmış, eləcə də çox subsidiya almaq üçün movcud sahələr daha çox yazdırılmış, lakin bütün bunların dürüstləşdirilməsi nəticəsində daha real rəqəmlər ortaya çıxmışdır. İkinci bir səbəb torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı ola bilər ki, bu həmin sahələrin yazlıq əkin sahəsi kimi deyil, kənd təsərrüfatının digər istiqaməti üçün istifadəsi nəzərdə tutula bilər və qarşıdakı aylarda əkin üçün istifadəyə verilə bilər. Üçüncü səbəb isə iqlim və buna bənzər digər təbii hallarla əlaqəli ola bilər. Amma elmi təcrübələr göstərir ki, adətən bu səbəbdən əkin sahəsinin həcmi maksimum 5 faiz azala bilər. Ona görə də hazırda 12.8 faizlik yazlıq əkin sahələrinin azalmasında yuxarıda qeyd etdiyim hər 3 səbəbin eyni zamanda olma ehtimalı çoxdur. Hətta ola bilər ki, digər faktorlarda burada yer alır. Bütün hallarda düşünürəm ki, ilin sonunda yekun statistika bütün sualara cavab tapmağa kömək edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil