Ekspert: Faiz dərəcələrindəki dəyişikliklər bankların gəlirlərinə birbaşa təsir edir
12:35 02.04.2025
İqtisadiyyat
505
2025-ci ilin yanvar- fevral ayında Azərbaycan bankları 179.4 mln. manat xalis mənfəət əldə edib.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% azdır.
Bankların əməliyyat mənfəəti isə bu ilin ilk iki ayında 275.2 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,7% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında banklar 209.8 mln. manat xalis mənfəət, 298.3 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a açıqlamasında bildirib ki, mənfəət gəlirlə xərc arasındakı fərq deməkdir:
“Hər bir bankın mənfəətinin azalmasında müxtəlif səbəblər var. Ümumiyyətlə Bank gəliri verdiyi kredit faizindən qazanır. Bəzi banklar, kredit faizlərini azaldıb, əmanət faizlərini isə artırıb. Yəni müştəriyə daha çox ödəyir, özü isə daha az qazanır və fərq azalır. Azərbaycanda Mərkəzi Bankın faiz siyasəti, bankların kredit və depozit faizlərini təsir edə bilər. Çünki faiz dərəcələrindəki dəyişikliklər bankların gəlirlərinə birbaşa təsir edir. Əgər faiz dərəcələri aşağı düşərsə, bankların kreditlərdən əldə etdiyi gəlir azalar. Bu da mənfəətə təsir göstərməsi mümkündür. Əgər banklar kredit faizlərini aşağı salıbsa və ya kredit portfeli əvvəlki qədər böyüməyibsə, bu zaman faiz gəlirləri azalacaq. Bəzi bankların isə müştəriləri cəlb etmək üçün depozitlər üzrə faiz dərəcələrini artırması gəlirliliyin azalmasında bir növ rol oynayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yeni Partiya CHP-ni xilas etməyəcək" - Türk politoloqla MÜSAHİBƏ
18:37 27.07.2026
Gündəm
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
18:16 27.07.2026
Dünya
Dələduzlar artıq "WhatsApp" üzərindən ov edir - EKSPERT RƏYİ
18:11 27.07.2026
Aktual
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm