
Əlaqələrin inkişafı ABŞ vətəndaşları üçün Azərbaycanı daha etibarlı ölkə kimi təqdim edir -RƏY
12:24 27.08.2025
İqtisadiyyat
404
İlham Əliyevin ABŞ ilə olan uğurlu siyasi dialoqu, Azərbaycanın beynəlxalq imicinə və turizmə dolayısı ilə müsbət təsir göstərib
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 10 862 nəfər ABŞ vətəndaşı səfər edib.
"APA-Economics" bu barədə Dövlət Turizm Agentliyinin məlumatları əsasında hesablamalar aparıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.
Cari ilin yanvar ayında Azərbaycana 1 069 nəfər (illik +23,7%), fevral ayında 924 nəfər (illik +11,5%), mart ayında 1 322 nəfər (illik +17,2%), aprel ayında 1 439 nəfər (illik +26,5%), may ayında 2 239 nəfər (illik +7,5%), iyun ayında 2 439 nəfər (illik +22,4%) ABŞ vətəndaşı gəlib.
Azərbaycana gələn ABŞ vətəndaşlarının sayı 2024-cü ildə 22 927 nəfər (illik +35,1%), 2023-cü ildə 16 971 nəfər (illik +37,96%), 2022-ci ildə 12 301 nəfər (illik +2,8 dəfə), 2021-ci ildə 4 400 nəfər (illik +69,04%), 2020-cü ildə 2 603 nəfər (illik -86,12%), 2019-cu ildə 18 759 nəfər (illik +7,2%) təşkil edib.
Turizm eksperti Rəhman Quliyev “Sherg.az”a bildirdi ki, Prezident İlham Əliyevin ABŞ-a səfərləri və xüsusilə Prezident Donald Tramp ilə olan isti münasibətləri də bu prosesə müsbət təsir göstərir:

“Siyasi əlaqələrin yaxşılaşması turizmə yüksək siqnal verir. Yüksək səviyyəli qarşılıqlı münasibətlər ölkənin imicini gücləndirir və ABŞ vətəndaşları üçün Azərbaycanı daha etibarlı və dost ölkə kimi təqdim edir. ABŞ-dan Azərbaycana olan iqtisadi maraq artdıqca, biznes məqsədilə səfər edənlər də sayca çoxalır. Bu da ümumi turizm statistikalarına böyük təsir edir. Tramp admnistrasiyasının verdiyi müsbət açıqlamalar, birbaşa turizmlə bağlı olmasa da, ABŞ ictimaiyyətində və biznes dairələrində Azərbaycan haqqında maraq və müsbət fikirlər formalaşdırır ki, bu hegemon bir dövlətin ölkəmizlə bütün sektorlarda sıx əməkdaşlıgına gətirib çıxaracaq. Eyni zamanda ABŞ rəsmilərinin Azərbaycanla yaxın münasibətləri, ölkəni sabit və təhlükəsiz turistik istiqamət kimi təqdim etməyə kömək edir. İlham Əliyevin ABŞ ilə olan uğurlu siyasi dialoqu, Azərbaycanın beynəlxalq imicinə və bununla da turizmə dolayısı ilə müsbət təsir göstərib. Bu, həm də yeni turist bazarlarının cəlb olunması üçün psixoloji və diplomatik zəmin yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm