Əmanətlərin 84 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur
11:29 02.04.2020
İqtisadiyyat
677
Bank sektorunun likvid aktivləri cəmi aktivlərin 28.6 faizini (6.3 milyard manat) təşkil edir.
APA-nın məlumatına gör, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, sektorun ani likvidlik əmsalı 59.4 faiz təşkil etməklə, minimum tələbi (30 faiz) iki dəfə üstələyir.
2019-cu ilin sonuna bankların Mərkəzi Bankdakı müxbir hesabları 2.4 milyard manat, “nostro” müxbir hesablarda (digər banklarda) olan vəsaitlər 3.8 milyard manat, likvid qiymətli kağızlarda olan vəsaitlər 1.6 milyard manat, nağd vəsaitlər isə 1.5 milyard manat təşkil edir.
Keçən il ərzində bank sektorunun cəmi öhdəlikləri 10.7 faiz (2.7 milyard manat) artaraq 28.1 milyard manat təşkil edib. Depozitlər cəmi öhdəliklərin 75.8 faizi həcmindədir ki, bunun da 40 faizi (8.7 milyard manat) əhalinin əmanətləridir. Əmanətlərin həcmində artım müşahidə olunub. Əhalinin bank əmanətləri 3.1 faiz artaraq 8.7 milyard manata çatıb. Əmanətlərin 84 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.
Manatın məzənnəsində müşahidə olunan sabitlik əmanətlərin de-dollarlaşma prosesinə də müsbət təsir göstərib. 2019-cu il ərzində xarici valyutada əmanətlərin cəmi əmanətlərdə payı 10 faiz bəndindən çox enib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə