Əmtəə birjalarında qızılın qiyməti aşağı düşüb
Yusif Nəzərli
06:54 23.05.2023
İqtisadiyyat
621
Qiymətlərin tez-tez azalıb artması tələb və təklifin nisbətindən asılıdır
“Birjada bütün gün qiymətlər oynayır. Bu gün düşən qiymət, sabah arta da bilər”
Dünya bazarları ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini və ölkənin dövlət borcunun artması ilə bağlı perspektivləri qiymətləndirdiyi bir zamanda əmtəə birjalarında qızılın qiyməti aşağı düşüb.
"Şərq” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,21 faiz və ya 4,25 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 977,35 dollara satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,79 faiz düşərək 1 unsiyası 23,87 ABŞ dolları təşkil edib.
Qızılın qiyməti üçün əsas amillərdən biri FED-in uçot dərəcəsi olaraq qalır. İnvestorlar may iclasının protokollarından tənzimləyicinin məzənnə planları haqqında daha çox ipucu əldə etməyə ümid edirlər.
Qızılın qiymətinin birjalarda müəyyən edildiyini vurğulayan iqtisadçı-ekspert Fuad İbrahimlinin “Şərq”ə açıqlamasına görə, birjalarda alqı-satqıda
valyuta cütlüklərində, əmtəələrdə, qızılda valotillik müşahidə oluna bilir. Klassik nəzəriyyəyə əsasən qiymətlərin tez-tez azalıb-artması tələb və təklifin nisbətindən asılıdır. Lakin bəzi hallarda süni qiymət artımları da müşahidə oluna bilir.
Son illər qızıla tələbatın artdığını deyən ekspertin sözlərinə görə, Türkiyə, Rusiya, Çin və Sinqapur kimi ölkələr öz ehtiyatlarını daha çox qızılda saxlamaq üçün dünya bazarından ən çox qızılı alan ölkələr sırasında yer alırlar: "Ötən ilin 3-cü rübündə qardaş Türkiyə ehtiyatlarının üçdə bir hissəsində əlavə qızıl almışdılar. Bu cür tələblər isə qızılın bahalaşmasını stimullaşdırır. Qeyd etdiyim kimi, qlobal iqtisadiyyatlarda artan narahatlıqlar fonunda qızıl ən güvənli və sığortalanmış sahədir. Lakin qızılın qiymətinin müəyyən bir həddə qalması mümkün deyil. Çünki birjada bütün gün qiymətlər oynayır. Bu gün düşən qiymət, sabah arta da bilər”.
F.İbrahimlinin sözlərinə görə, Azərbaycanda da qızıl ticarəti ilə məşğul olan sahibkarlar qızılın satışını birjalardakı qiymətə uyğunlaşdırırlar: “Düzdür, unsiya ilə alının qızılın qramla satılmasında ciddi bir fərq nəzərə çarpmır. Amma istənilən halda satıcılar qızılın birjadakı qiymətinin üzərinə də zərgərlik xidmətinin haqqını gəlib satırlar. Yəni zərgərlik məhsullarında qızılın xam mal kimi dəyəri təkcə əsas deyil. Burada digər faktorlar da mövcuddur”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil