Ərzaq boldur: “Gündəlik tələbat mallarında problem olmayacaq" - Ajiotaj olmaz!
Turan
09:02 24.03.2020
İqtisadiyyat
1140
"Ehtiyat fondlarımız da var. Yaxın vaxtda öz aqrar sekorumuzun məhsulları bazara çıxacaq. Qıtlıq ola bilməz”
Ajiotaja ehtiyac yoxdur. Bizdə ərzaq boldur və mağazalar ağzınadək doludur".
Bu barədə "Sherg.az"a açıqlamasında "Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
İqtisadçı bildirib ki, əhali bir il çalışmadan yesə belə hazırda satışda olan ərzaqlar bitməz:
"Ehtiyat fondlarımız da var. Yaxın vaxtda öz aqrar sekorumuzun məhsulları bazara çıxacaq. Qıtlıq ola bilməz. Mən müşahidə edirəm ki, dövlət tərəfindən bütün mümkün tədbirlər görülür. Digər ölkələrdən fərqli olarar bizim hökumət problemə çox operativ reaksiya verdi və preventiv tədbirlər görüldü. Ona görə də, dünyada ən yaxşı vəziyyətdə olan ölkələrdən biri bizik. Sadəcə qaydalara riayət etmək, virusun yayılmasının qarşısını almaq lazımdr.
Əlbəttə, müəyyən problemlər olacaq. Neftin də qiymətinin kəskin ucuzlaşması gəlirlərimizə ciddi təsir edir. Sərhədlərin bağlanması, ticarət əlaqələrinin zəifləməsi bəzi məhsullar üzrə çatışmazlıq yarada bilər. Amma düşünürəm ki, gündəlik tələbat mallarında problem olmayacaq".
Ekspert məsləhət görüb ki, hökumət sadəcə bəzi kritik dərmanların ehtiyatını yığmalıdır:
"Çünki, dünyada dərman istehsalında ciddi problemlər yaranıb. Dünyada dərmanların yarıdan çoxunu təmin edən Hindistanda 20-dən iri farmasevtik zavod və fabrik xammal çatışmazlığından fəaliyyətini dayandırıb, tələbatgüclü olduğundan 2 illik istehsal planını doldurublar. Bir çox ölkələrdə də belədir. Ona görə də hökumət son dərəcə vacib dərmanların ciddi ehtiyatını yığmağlıdır ki, dünyada daha pisləşsə bizim ağır xəstəlikləri olan vətəndaşlarımız dərmansız ölməsinlər. Bundan başqa, oksigen aparatlarının və test cihazlarının sayı xeyli artırılmalıdır. Yəqin ki, bunlarla bağlı da iş gedir".
E.Bayramlı vurğulayıb ki, Operativ Qərargah bütün məsələləri nəzərə alır və ölkəni ən ağır böhrana hazır vəziyyətə gətirməyə çalışır:
"Yeni yaradılmış Fonda əhalimiz, sahibkarlarımız, şirkətlərimiz ciddi məbləğdə yardım edirlər. Dövlət 1 milyarddan çox vəsaitin iqtisadi böhranın qarşısını almaq üçün buraxıb. Virusla mübarizəyə də lazimi qədər vəsaitlər ayrılır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət