
Güclü və ağıllı siyasət strategiyası Çinin artan iqtisadi tempini daha da gücləndirəcək
10:56 07.11.2021
İqtisadiyyat
558
5-10 il ərzində həqiqətən də ABŞ və kollektiv Qərbin Çinlə mübarizə aparması çətin olacaq
"ABŞ Konqresinin təsdiq etdiyi 1 trilyon dollarlıq infrastrukturun inkişafı planı ölkəyə Çin və digər böyük ölkələrlə iqtisadi rəqabətdə qalib gəlməyə imkan verəcək".
Bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə çıxış edərkən deyib. Onun sözlərinə görə, plan çərçivəsində milyonlarla iş yeri yaradılacaq. Amerika lideri əmindir ki, plan 21-ci əsrdə Çin və digər böyük ölkələrlə iqtisadi rəqabətdə qalib gəlməyə imkan verir. Ölkənin infrastrukturunun inkişafı planı cümə günü ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Bayden sənədi tezliklə imzalayacağını vəd edib.
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov “Şərq”ə açıqlamasında bildirib ki, Çin hazırda dünyanın yüksələn ulduz ölkələri halına gəlib. O qeyd edib ki, istər siyasi, istərsə də iqtisadi mənada Çin dünya lideri vəziyyətinə çevrilmiş formadadır:

“Düşünürəm ki, Amerika Birləşmiş Ştatları və özəlliklə də Qərbin böyük güc mərkəzləri Çinin iqtisadi və siyasi artım tempini düzgün proqnozlaşdıra bilirlər. Hazırda Avropada və Amerikanın özündə Çaynataun dediyimiz Çin şəhərlərinin sayı kifayət qədər çoxdur. Avrasiyada Çin siyasi, iqtisadi liderliyi ələ almış vəziyyətdədir. Eyni zamanda, Çinin iqtisadi və siyasi eksponsasiyası artıq bütün dünyanı ələ alıb. Fikrimcə, ABŞ da bunu yaxşı başa düşür. Co Baydenin indiki əsas hədəflərindən biri ABŞ iqtisadiyyatını daha da gücləndirmək və Çinin ABŞ-la rəqabətə hazır vəziyyətə gəlməməsinə çalışmaqdır. Baydenin xarici siyasət kursunda da bu məsələnin əsas yer aldığını düşünürəm. Hal-hazırda ABŞ üçün Rusiyadan və İrandan daha çox Çin təhdid olaraq görülür. Amma buna baxmayaraq düşünürəm ki, güclü və ağıllı siyasət strategiyası Çinin artan iqtisadi tempini daha da gücləndirəcək və yaxın 5-10 il ərzində həqiqətən də ABŞ və kollektiv Qərbin Çinlə mübarizə aparması çətin olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət