“Halal”lıqdan əsər-əlamət yoxdur
“Halal”lıqdan əsər-əlamət yoxdur
Yusif Nəzərli
05:28 07.04.2023
İqtisadiyyat
952
Üstünə mal əti yazılıb, amma toyuq, donuz əti vurulur
Bazarlardakı kolbasa və sosiska məhsullarının mənşəyi bəlli deyil
Ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. AQTA 10 fevral 2023-cü ildə bununla bağlı araşdırma aparıb. Dünən isə AQTA kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb.
Məlum olub ki, cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib. 6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır. Nəzarət tədbirləri zamanı həmçinin, “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb. Azərbaycanda “Kəndli” brendi ilə kolbasalar istehsal edən “Rəhimovların Ailə Təsərrüfatı”nın “Kəndli” brendi ilə istehsal etdiyi kolbasalarda üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb.
“Səhiyyəli”, “Köhnə dad” brendi ilə istehsal edilən yarım hisə verilmiş “Servalat” kolbasalarının üzərində isə mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb. Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər görülür.
Qida üzrə baş mütəxəssis Ağa Salamovun “Şərq”ə açıqlamasına görə, satışda olan kolbasaların əksəriyyətinin tərkibi mənşəyi bəlli olmayan ət məhsullarından hazırlanır:
“Siyahıdan da göründüyü kimi, tərkibində mal əti yazılıb toyuq, donuz əti aşkarlanan kolbasa və sosiskalar var. Kolbasa və sosiskaların üzərinə “halal” yazıb, tərkibinə donuz əti vurmaq, “mal əti” yazıb, toyuq əti vurmaq yolverilməzdir. Bu cür oyunlarla əhalini aldadan işbazların sahibkarlıq statusu alınmalı və istehsal etdikləri məhsulun satışına qadağa qoyulmalıdır. Əks halda bu cür saxtakarlıqların təkrarlanacağı istisna deyil. İnsanlara leş yedizdirən adam heç bir töhmət və tənbehdən dərs çıxarası deyil. Mütləq şəkildə ciddi cəza almalı və bir daha sahibkarlıq fəaliyyəti ilə məşğul olmamalıdır”.
Ekspertin sözlərinə görə, mal ətindən hazırlanan kolbasa və sosiskaların tərkibinə oskidləşməyə qarşı kimyəvi maddə qatılır ki, o da insan orqanizmi üçün kifayət qədər təhlükəlidir. Ona görə də vətəndaşlara tövsiyəm mənşəyi məlum olmayan bu cür məhsullardan qəti imtina etməkdir:
“Çox güman ki, uyğunsuzluq aşkarlanan məhsulların tərkibində ekoli bakteriyası da aşkarlanıb. Saxlanma şəraiti düzgün olmayan ət məhsullarında olan ekoli bakteriyası mikrobioloji çirklənmə nəticəsində əmələ gəlir və qida zəhərlənmələrinə səbəb olur. Tərkibində mal ətinin olduğu qeyd olunan kolbasa və sosiskaların içində adətən dadlandırıcı və rəngləndiricilərdən istifadə olunur. Çox vaxt kolbasalarda ağciyərdən, toyuq dərisindən, ətin müxtəlif çıxıntılarından istifadə olunur ki, bu da kolbasanın maya dəyərinin aşağı düşməsinə səbəb olur.
İşbazların bu yolla insanları aldatmasının qarşısını aldığı üçün AQTA-ya təşəkkür edirəm. Nə yaxşı ki, onların bu oyunu çox uzanmadı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol