
İctimai nəqliyyatda gediş haqqı artırılır? – RƏSMİ AÇIQLAMA
Yusif Nəzərli
15:14 06.01.2022
İqtisadiyyat
1139
Azərbaycanda un və çörəyin qiymətindəki bahalaşmadan sonra ictimai nəqliyyatda da gediş haqlarının artacağı ehtimalı irəli sürülüb. Bu barədə Feysbukda müəyyən iddia və ehtimallar irəli sürülür.

Məsələyə aydınlıq gətirən Bakı Metropoliteni QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Sherg.az”a bildirib ki, Bakı Metropoliteni sosial yönümlü nəqliyyat infrastrukturu olduğundan daim dövlətin dəstək və qayğısı ilə əhatə olunur:
“Hətta pandemiya şəraitində respublika üzrə elan edilmiş xüsusi karantin rejiminin davam etdiyi uzun müddət ərzində də Bakı metropoliteninin işlək vəziyyətdə saxlanılması ilə bağlı zəruri xərclər qarşılanıb. Bunun üçün dövlət hər zaman “Bakı Metropoliteni” QSC-yə maliyyə dəstəyi göstərir. Metropolitendə sərnişindaşıma xidmətinin göstərilməsi Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 №-li Qərarı ilə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısına daxil olduğundan bu ictimai nəqliyyatda gediş haqqı tarifi üzrə tənzimlənmə “Bakı Metropoliteni” QSC tərəfindən aparılmır. Bununla bağlı hələlik aidiyyəti üzrə hər hansı bir müraciət ünvanlanmayıb”.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev isə qeyd edib ki, hazırda Bakı şəhərində müntəzəm sərnişindaşımalarda gediş haqqının dəyişməsi, tənzimlənməsi ilə bağlı bütün məsələləri Tarif Şurası həyata keçirir:
“BNA tərəfindən indiki məqamda belə bir mövzu müzakirə olunmur. BNA qiymət tənzimləməsi barədə Tarif Şurasına hər hansı müraciət etməyib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə