
İqtisadçı: Azərbaycan Türkiyənin qaz xabında ikinci tədarükçü statusundadır
09:40 05.03.2025
İqtisadiyyat
512
Buhəm strateji, həm iqtisadi, həm də siyasi olaraq bu Azərbaycan üçün kifayət qədər vacib və əhəmiyyətli bir sazişdir
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi"ni təsdiq edib.
Bu barədə "Rəsmi qəzetə" məlumat yayıb.
Bildirilib ki, saziş təsdiqləndiyi gündən Türkiyədə qüvvəyə minib.
Xatırladaq ki, sözügedən saziş 2024-cü il mayın 14-də İstanbulda imzalanıb.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, bu, ilk növbədə Azərbaycan qazının Avropa bazarlarına çıxması üçün əlverişli bir şansdır:

“Azərbaycan və Türkiyə hökumətləri arasında qaz sazişinin təsdiqlənməsi Azərbaycan qazının dünya bazarlarına çıxışını bir qədər də artıracaq. 2023-cü ildə Azərbaycan Türkiyəyə təxminən 10 milyard 227 min kubmetr qaz ixrac etmişdi. Bu da Türkiyənin qaz tədarükündə 20 faiz demək idi. Azərbaycan faktiki olaraq Türkiyənin qaz xabında Rusiyadan sonra ikinci tədarükçü statusundadır. Həmçinin bu payın artırılması nəzərdə tutulub. Ümumiyyətlə 2026-cı ilə qədər Türkiyəyə qaz tədarükünün 10 milyarddan 15 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bu da Azərbaycan Qara Dəniz Hövzəsi ölkələrinə, eyni zamanda, Şərqi Avropa ölkələrinin qaz tədarükündə mühüm iştirakçı və ciddi bir paya sahib olacağı mənasına gəlir. Bu həm strateji, həm iqtisadi, həm də siyasi olaraq bu Azərbaycan üçün kifayət qədər vacib və əhəmiyyətli bir sazişdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya