
İqtisadçı: Bu ölkədə qızıl məmulatlarının qiymətinin artımına təsir edə bilər
09:44 01.04.2025
İqtisadiyyat
412
Əmtəə bazarlarında qızılın qiyməti ilin əvvəli ilə müqayisədə 500 ABŞ dollarından çox artıb.
“APA-Economics” birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti cari ilin əvvəli ilə müqayisədə 20.2% və ya 534 ABŞ dolları artaraq 3175 ABŞ dolları təşkil edib.
COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə cari ilin əvvəli ilə müqayisədə 18.4% və ya 5.4 ABŞ dolları artaraq 34.8 ABŞ dollarına bərabər olub.
Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixinə qızılın bir troya unsiyası üzrə qiyməti 2641 ABŞ dolları, gümüşün bir unsiyasının qiyməti isə 29.4 ABŞ dolları təşkil edib.
Məsələyə münasibət bildirən iqtisadçı -ekspert Eyyub Kərimli “Sherg.az”a bildirib ki, hazırda dünyada qızılın qiyməti artıb:

“Bunun da əsas səbəbi bəzi qeyri müəyyənliklərdir. Yəni həm siyasi, həm də iqtisadi problemlərdir. Bu gün Rusiya-Ukrayna müharibəsi davam edir. Neftin qiyməti arzuolunan həddə deyil. Hətta 70 dollara enib və daha da aşağı düşmək ehtimalı var. Proseslər investorları daha sabit investisiya alətlərinə vəsait yatırmağı sövq edir. Bu baxımdan dünyada böyük ölkələrin mərkəzi bankları qızıl alışını artırırlar. Hadisə isə tələbatı artırır, qiymətlərə təsir göstərir. Bu da öz növbəsində qızıl ixracatçılarına qızılı daha baha almağa məcbur edir. Azərbaycan həm də qızıl ixracatçısıdır. Bu baxımdan da qızılın qiymətinin artmağı büdcəyə əlverişli mühit yaradır və valyuta daxilolmalarını artırır. Ölkəmiz ötən il 180 milyon dollardan çox qızıl ixrac edib. Qeyri neft sektorundan sonra ilk yerdə olan gəlir gətirən sahələrdən biridir. Lakin bilirsiz ki, biz qızıl məmulatlarını, zinyət əşyalarını daha çox xaricdən idxal edirik. Bu da öz növbəsində qızıl məmulatlarının qiymətinin artımına təsir edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yeni Partiya CHP-ni xilas etməyəcək" - Türk politoloqla MÜSAHİBƏ
18:37 27.07.2026
Gündəm
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
18:16 27.07.2026
Dünya
Dələduzlar artıq "WhatsApp" üzərindən ov edir - EKSPERT RƏYİ
18:11 27.07.2026
Aktual
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm