
İqtisadçı: Yaxın aylarda Azərbaycanda ətin qiymətində ciddi artımın baş verəcəyi proqnozlaşdırılır
10:30 21.08.2025
İqtisadiyyat
475
Ölkəyə idxal edilən ətin həcmi 18% azalıb.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycana 25 min 180 ton ət idxal olunub. İdxal edilən ətin ümumi dəyəri 55 milyon 116 min dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 5 min 542 ton, dəyər baxımından isə 13 milyon 427 min dollar azdır.
Xəzər TV xəbər verir ki, idxal həcmlərindəki dəyişikliklər qiymətlərə də təsirsiz ötüşmür.
Bəs idxalın azalması qiymətlərə necə təsir göstərəcək?
İqtisadçı Razi Abbasbəyli “Sherg.az”a bildirdi ki, Azərbaycana mal əti idxalının azalması həm mövsümi amillərlə, həm də qiymət artımı ilə bağlıdır:

“Əsas idxalçı ölkə olan Gürcüstanda son iki ay ərzində ətin qiyməti təxminən 15 faiz bahalaşıb. Gürcüstan Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, maldarlıq təsərrüfatları üzrə illik istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalıb. Bu səbəbdən, əsas idxal mənbəyi olan Gürcüstanda qiymətlərin dəyişməsi Azərbaycan idxalçılarının müəyyən müddət alternativ bazarlara yönəlməsinə gətirib çıxarıb. Nəticə etibarilə idxalın azalması daxili bazarda mal ətinin qiymət artımına səbəb olacaq ki, bu da gözlənilən prosesdir. Azərbaycan daxilində maldarlıq təsərrüfatlarında da geriləmə müşahidə olunur. Belə ki, iri və xırda buynuzlu heyvanların sayı son beş ildə təxminən 1,5 milyon baş azalıb. Bu azalma, təbii olaraq, ətin qiymətlərində artıma səbəb olur. Cari ildə həm yem məhsullarının, həm idxal edilən maldarlıq təsərrüfatlarına aid yem məhsullarının, dərman preparatlarının və digər təminat vasitələrinin bahalaşması, ətin qiymətinin də artması ilə nəticələnəcək. Mövcud şəraitdə ölkədə yerli istehsal daxili tələbatı tam ödəyə bilmir. Daxili tələbatın təxminən 60 faizi yerli istehsal hesabına qarşılanır. Rəsmi statistika bu göstəricini 96 faiz kimi təqdim etsə də, idxal göstəriciləri fərqli mənzərə ortaya qoyur. Belə ki, son iki il ərzində Azərbaycan xarici ölkələrdən mal əti idxalını 2,5 dəfə artırıb. Bu isə idxaldan yüksək asılılığın göstəricisidir. Nəticə etibarilə, xarici bazarlarda müşahidə olunan qiymət artımları daxili bazara birbaşa təsir göstərir və yaxın aylarda Azərbaycanda ətin qiymətində ciddi artımın baş verəcəyi proqnozlaşdırılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual