İqtisadiyyat Nazirliyi xidmətlərinin 3/4-nü elektronlaşdırıb
Yusif Nəzərli
08:15 25.05.2023
İqtisadiyyat
605
İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara 259 xidmət göstərilir ki, bunun da 193-ü elektronlaşdırılıb.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, göstərilən xidmətlərdə elektron xidmətlərin xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə 2,9 faiz bəndi yüksələrək 74,5%-ə çatıb.
"Dövlət orqanlarının elektron xidmətləri geniş tətbiq etməsi, onların sayını və keyfiyyətini artırması operativliyi və vətəndaş məmnunluğunu təmin etmək baxımından böyük önəm kəsb edir. Bu baxımdan, İqtisadiyyat Nazirliyinin xidmətlərinin elektronlaşdırılması, səmərəliliyinin artırılması, informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. Sahibkarlar elektron xidmətlərdən istifadə edib zəruri iqtisadi-hüquqi informasiya əldə edə və sahibkarlıq fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri (lisenziyalar, mənşə sertifikatı, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair bildiriş və s.) almaq üçün müraciət edə bilərlər. Nazirliyin göstərdiyi elektron xidmətlənə , internet səhifələri, nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri vasitəsilə müraciət etmək mümkündür.
Elektron xidmətlər bölməsinə müraciət edən şəxslər müvafiq ərizə formalarını sistemdən yükləyə və tələb olunan sənədlərin skan edilmiş surətlərini daxil edə bilərlər. Bu zaman müraciət edən şəxsə təsdiq bildirişi göndərilir. Daxil olan elektron müraciətlərə qanunvericilikdə müəyyən edilmiş qaydada baxılır, tələb olunduğu halda müvafiq dövlət rüsumu və xidmət haqlarının elektron qaydada ödənişi imkanı təmin edilir.
Beləliklə, Nazirliyin elektron xidmətləri müasir texnoloji imkanlardan istifadə edilməklə ölkə vətəndaşlarına göstərilən xidmətlərin yüksək keyfiyyətdə və operativ təqdim edilməsinə töhfə verir", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil