
Kartofun qiyməti bahalaşa bilər? - AÇIQLAMA
Yusif Nəzərli
09:47 30.08.2023
İqtisadiyyat
1199
Yığımın azalması bazarlarda bu məhsulun qiymətlərinə təsir göstərəcək
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 32 min 665 hektar sahədən 664 min 921.7 ton kartof yığılıb. Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 faiz və ya 12 min ton azdır. 2022-ci ilin yanvar-iyul aylarında 34 min 762 hektar sahədən 676 min 984 ton məhsul yığılıb. Qeyd edək ki, hesabat dövründə ən çox kartof Cəlilabad (161500 ton), Şəmkir (143750 ton) və Tovuz (136055 ton) rayonlarından yığılıb.
Bəs Azərbaycanda kartof istehsalının azalması bazarlarda tərəvəzin bu növünün qiymətlərinə hansı şəkildə təsir göstərəcək?
İqtisadçı-ekspert Rauf Qarayev isə hesab edir ki, son illər Azərbaycanda kartof istehsalının həcmi onsuz da arzuolunan səviyyədə deyil.
İqtisadçı “Sherg.az”a açıqlamasında deyib ki, biz hələ də idxaldan asılıyıq. Yaxşı olar ki, kartof sahələrinin genişləndirilməsi üçün müəyyən stimullaşdırıcı tədbirlər keçirilsin. Hansı bölgələrdə kartofçuluğu inkişaf etdirmək olar, orda suvarma ilə bağlı mövcud olan problemlər aradan qaldırılmalıdır:

“Ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində müəyyən addımlar atılsa da, subsidiyalar verilsə də, aqrar sektor hələ tam şəkildə dövlət tərəfindən dəstək olunmur. Onsuz da kartofun qiyməti ötən illə müqayisədə yenə də bahadır. Təbii ki, yığımın azalması da qarşıdakı aylarda qiymət artımına səbəb ola bilər. Qiymətlərin əmələgəlmə prosesi hər hansı məhsulun ərsəyə gətirilməsində sərf olunan xərclərdən asılıdır. Xərcləri azaltmaq lazımdır”.
Ekspertin fikrincə, hansısa məhsulun əkininin azalması halı varsa, o məhsulun ölkəyə idxalını artırmaqla balans yaratmaq mümkündür:
Onsuz da Azərbaycanda əhalinin kartofa olan tələbatı birbaşa daxili istehsal hesabına ödənmir. Bir çox məhsullar kimi bu sahə də idxaldan asılı vəziyyətdədir. İstehlakçılara təklif olunan kartof əsasən Rusiyadan, İrandan, Pakistandan və digər ölkələrdən gətirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya