"Manatın taleyi Mərkəzi Bankdan asılıdır"
Yusif Nəzərli
07:16 17.06.2022
İqtisadiyyat
449
Vüqar Bayramov: "Azərbaycanda uçot faiz dərəcəsinə yenidən baxılması məqsədəuyğundur"
Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu, 1994-cü ildən bəri ən yüksək artımdır. FED sədri Cerom Pauell uçot stavkasının növbəti ayda yenidən artırılacağını istisna etməyib. İnflyasiyanı tənzimləmək üçün FED uçot stavkasını yüksəltməkdə israrlı görünür. Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 175 baza bəndi artıraraq 3.4 faizə çatdırılacağını bildirirlər.
Millət vəkili, iqtisadçı Vüqar Bayramov “Şərq”ə deyib ki, FED bu il 2 faizlik inflyasiya hədəfləsə də, nəticə 6.3 faiz olub. Deputatın sözlərinə görə, bu, son 40 ildə ABŞ-da ən yüksək inflyasiya göstəricisidir: “Uçot dərəcəsinin yüksələcəyi ilə bağlı xəbərlər yayılandan sonra birjalar buna reaksiya verdi. Təbii ki, ən çox verilən sual ənənəvi belə idi. Dünya bazarında dollar kəskin bahalaşacaqmı? Artıq dollar əksər səbət valyutalara nisbətən möhkəmlənib.
Ötən həftə “özünə gələn” Avropa pulu – avro yenidən dollara qarşı ucuzlaşıb. Əksər aparıcı valyutalar dollara nisbətən dəyər itirsələr də, ABŞ birjalarında aktivlik müşahidə olunur. Qlobal inflyasiya fonunda əksər ölkələr uçot faiz dərəcəsinin artırılması ilə bağlı qərar qəbul edirlər. Avropa Mərkəzi Bankı da gələn ay keçiriləcək iclasda uçot faiz dərəcəsini 0.25 faiz bənd aralığında artırmaq niyyətindədir”.
Parlament üzvü manatın məzənnəsindən də danışıb: “Manatın kursuna təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir. Bütün bunlarla yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.
V.Bayramov xatırladıb ki, Azərbaycanda uçot faiz dərəcəsi Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra cəmi bir dəfə dəyişdirilib:
“Martın 18-də Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsini 7.5-dən 7.75 faizədək yüksəldib. Dövlət Statistika Komitəsi bu ilin ilk 5 ayında inflyasiya səviyyəsinin 12,6 faiz olduğunu bəyan edib. Bu isə proqnozlaşdırılandan çoxdur. Bu kontekstdən Azərbaycanda uçot faiz dərəcəsinə yenidən baxılması məqsədəuyğundur. Azərbaycanda da uçot faiz dərəcəsinin inflyasiya tənzimləyici və valyuta bazarında stabilləşdirici funksiyasından daha aktiv şəkildə istifadə edilməsinə ehtiyac var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə
Avropa Azərbaycanın strateji roluna ehtiyac duyur - ŞƏRH
19:08 27.04.2026
Gündəm