“Masdar” və Çin şirkəti arasında “Qaradağ” GES-lə bağlı müqavilə İMZALANDI
Yusif Nəzərli
17:46 16.06.2022
İqtisadiyyat
493
Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dhabi Future Energy Company”nin (“Masdar”) törəməsi “Source Trading Company” və Çinin “LONGi” şirkəti arasında 230 meqavatlıq (MVt) “Qaradağ” Günəş Elektrik Stansiyası üçün günəş fotovoltaik (PV) modullarının tədarükü ilə bağlı müqavilə imzalayıblar.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Bildirilir ki, imzalanma mərasimində “LONGi” Qlobal Satış və Marketinq Mərkəzinin MEA&CA regionu üzrə prezidenti Tsya Çao, Yaxın Şərq üzrə satış direktoru Qonzalo Bonelo və Yeni biznes qrupunun rəhbəri Baggio Teng iştirak ediblər.
“LONGi” Azərbaycanı təkcə onun iddialı təmiz enerji yolunda dəstəkləmək üçün deyil, eyni zamanda Yaxın Şərqdə və digər regionlarda “Masdar” ilə əməkdaşlığı daha da gücləndirilməsi üçün imkanların araşdırılmasına ümüd edir”, - Tsya Çao deyib.
Qeyd edək ki, Ələt qəsəbəsindən 9 kilometr şimal-qərbdə yerləşən layihə, ildə yarım milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə kömək edəcək. Ümumi istehsal 110 mindən çox evin tələbatını ödəməyə, atmosferə atılan tullantıları ildə 200 min tondan çox azaltmağa və dəyərli iş yerlərinin yaradılmasına imkan verəcək.
Xatırladaq ki, bu ilin mart ayında “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdi. Həmçinin tədbirə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei qatılmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə
Avropa Azərbaycanın strateji roluna ehtiyac duyur - ŞƏRH
19:08 27.04.2026
Gündəm