Mövsümi meyvə-tərəvəzlərin qiyməti niyə ucuzlaşmır ? – Səbəblər və çıxış yolları göstərildi
Nihat Müzəffər
07:47 31.07.2019
İqtisadiyyat
2097
Qadir Bayramlı:“ Bunun üçün ilk addım olaraq bazarların sayı artırılmalı və fermerlərin həmin bazarlara birbaşa çıxışı təmin olunmalıdır. O zaman paytaxt bazarında məhsul bolluğu yaranar”
“Amma bizdə imkan verilmir ki, bazar özünü tənzimləsin. Fermerlərə imkan yaradılsa, əhali bu cür problemlərdən narazılıq etməz”
Azərbaycan vətəndaşlar günlərdir, mövsümi meyvə-tərəvəzlərin qiymətlərinin yüksəkliyindən gileylənirlər. Məxsusi olaraq, böyük market və ya mağazaların qiymətləri kəskin bahalaşdırmasına etiraz edirlər. Həmin satış şəbəkələri isə bu giley-güzara, şikayətə məhəl qoyur.
Meyvə-tərəvəzi baha qiymətə təklif edirlər, amma məhsul satılmır. Belə olduqda məhsullar xarab olaraq tullantı kimi atılır. Bu isə cəmiyyətdə haqlı olaraq narazılığa yol açır. Istehlakçılar təklif edirlər ki, bu məhsulu atmaqdansa, onun qiymətini nisbətən ucuzlaşdırsınlar, nəticədə həm mağaza qazansın, həm də müştərilər.
Məsələyə münasibət bildirən kənd təsərrüfatı məsələləri üzrə ekspert Qadir Bayramlı “Sherg.az”a söyləyib ki, market və bazarlarda meyvə-tərəvəzin qiyməti baha olduqda təbii olaraq əhali narazılıq edir:
“Ona görə də bu sahədə bəzi tədbirlər görülməlidir. Bunun üçün ilk addım olaraq bazarların sayı artırılmalı və fermerlərin həmin bazarlara birbaşa çıxışı təmin olunmalıdır. O zaman paytaxt bazarında məhsul bolluğu yaranar. Onda alan da, satan da razı qalar. Amma hazırda Bakıda bazarların sayı az, yerlər də məhduddur. Fermerlər bazara məhsul çıxarmaq üçün məcbur qalıb vasitəçilərə müraciət edir. Artıq bazara çıxan sahibkar həmin vasitəçilərə verdiyi pulu məhsulun maya dəyərində otuzdurur.
Ona görə də paytaxtda meyvə və tərəvəzin qiyməti baha olur. Hazırda bizim problemlərimiz məhz buradan qaynaqlanır. Bazar iqtisadiyyatında bildirilir ki, qiyməti bazar tənzimləməlidir. Amma bizdə imkan verilmir ki, bazar özünü tənzimləsin. Fermerlərə imkan yaradılsa, əhali bu cür problemlərdən narazılıq etməz. Yəni paytaxtda bazarların sayını artırıb, orada fermerlər üçün ucuz qonaqlama yerləri salınmalıdır. Eyni zamanda bazarda azad, şəffaf rəqabət şəraiti yaradılmalıdır. Satıcılar pul qazanmaqla yanaşı məhsullarını satmaq fikirini də düşünməlidir. O zaman məcbur qalıb bütün marketlərdə məhsulları aşağı qiymətə təklif edəcək”.
Q.Bayramlı vurğulayıb ki, hazırda bəzi marketlərimiz xarici təcrübəni tətbiq edir:
“Yəni, dünya praktikasında məhsulu xarab etmək naminə qiymətləri endirməmək taktikası var. Bir çox ölkə belə bir təcrübəni tətbiq edib. Məsələn, elə olub ki, qiymətin düşməməsi üçün bir milyon ton protağalı məhv olmasına razı olublar. Dünya ticarətində belə bir praktika var. Çox güman, bizim marketlər də onların təcrübəsindən yararlanmaq istəyib. Fikrimcə, bu cür praktikaların tətbiqi düzgün deyil”.
Ekspert onu da əlavə edib ki, Bakıda çoxlu sayda meyvə-tərəvəz satan kiçik mağazalar var:
“Həmin mağazaların sahiblərinə kömək edərək orada kiçik məhəllə bazarları yaradılmalıdır. Beləliklə də çox sayda kiçik bazar həm fermerlərə, həm satıcılara, həm də əhaliyə iqtisadi fayda verəcək. Qonşu Türrkiyədə bu praktikadan geniş istifadə edilir. Həmin təcrübəni Azərbaycanda da tətbiq etsək, bu kimi problemlərlə üzləşmərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya