"Neftçi" afrikalı futbolçusu ilə yollarını ayırır
Yusif Nəzərli
11:36 25.12.2021
İqtisadiyyat
523
"Neftçi" klubu qış transfer dönəmində futbolçusu Mamadu Kane ilə yollarını ayıra bilər.
"Report"un əldə etdiyi məlumata görə, 24 yaşlı yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu Yunanıstan "Olimpiakos"una qayıdacağı gözlənilir.
Pirey təmsilçisi bir neçə legioneri ilə vidalaşacağı üçün qvineyalı oyunçuya ehtiyac duyub.
Kanenin millidəki komanda yoldaşı Mendi Kamara gözlənilmədən Afrika Millətlər Kubokunun oyunları üçün dəvət almayıb. "Olimpiakos" onu satmaq istəsə də, hələlik bu səbəbdən fikrindən daşınmalı olub. Son ölkə çempionu digər qvineyalı yarımmüdafiəçi Agibu Kamara və bir neçə afrikalı oyunçusu milliyə dəvət aldığı üçün M.Kamaranı saxlamağı lazım bilib. Lakin afinalılar Afrika Millətlər Kubokunun oyunlarından sonra 24 yaşlı yarımmüdafiəçidən yeni klub tapmasını istəyəcək.
Yunanıstan klubunda daha əvvəl legionerlərin çoxluğu çempionatdakı limitə görə əsas göstərilib və bu səbəbdən Mamadu Kane icarəyə verilib. Artıq bu məsələ də həllini tapmaq üzrədir. Çünki "Olimpiakos" bir neçə legioneri ilə vidalaşmaq ərəfəsindədir. Portuqaliyalı Ruben Semedu karyerasını ölkəsində davam etdirəcək. Dayaq yarımmüdafiəçisi mövqeyində də çıxış edən 27 yaşlı oyunçu karyerasını "Portu"da davam etdirməyə çox yaxındır. Baş məşqçi Pedro Martins serbiyalı müdafiəçi Svetazor Markoviçi də komandada görmək istəmir. Onun da qışda başqa kluba keçəcəyi ehtimal olunur. Müqaviləsi başa çatan mərakeşli hücumçu Yusuf El-Arabi ilə maliyyə məsələlərində hələlik razılıq əldə olunmayıb.
Paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin "Report"a açıqlamasında bununla bağlı kluba rəsmi məlumat daxil olmadığını bildirib: "Mamadu Kane hazırda milli komandasının düşərgəsinə yollanıb. Yunanıstan tərəfindən bizə hansısa məlumat gəlməyib".
Qeyd edək ki, Mamadu Kane yay transfer dönəmində "Olimpiakos"la 4 illik müqavilə imzalayıb. O, 2019-cu ilin yanvarından "Neftçi"də çıxış edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya