Neftin bahalaşması arzuolunan deyil
Yusif Nəzərli
20:16 06.01.2022
İqtisadiyyat
645
Ən sərfəli qiymət həddi 60-65 dollar sayılır
Dünya bazarında “Azeri Light” markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,73 dəfə artaraq 84,22 dollar təşkil edib. Neftin qiymətinin artım tempi son 12 ilin rekord səviyyəsinə çatıb. Rekord hədd ötən ilin oktyabr ayında olub. “Brent” markalı neftin bir barelinin qiyməti 86,70 dollara kimi bahalaşıb. 2022-ci ildə də neftin qiymətinin artması gözlənilir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, neft istehlakı pandemiyadan əvvəlki həddə çatacaq və sutkalıq 99,53 milyon barel təşkil edəcək.
2021-ci ildə bu göstərici 96,2 milyon barel olub. Lakin neftin qiymətinin bahalaşması ilə bağlı fərqli yanaşmalar var. Əksəriyyət neftin qiymətinin artmasını sevinclə qarşılasa da, bir sıra iqtisadçılar, xüsusən neft maqnatları qiymətlərin 60-70 dollar civarında qalmasının tərəfdarı kimi çıxış edirlər. Onların fikrincə, neftin sürətli bahalaşması və 100 dolları keçməsi bazar üçün problemlidir. Bir müddət öncə “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov da bildirmişdi ki, dünya bazarında neftin bir barelinin qiymətinin 65-75 dollar olması həm istehsalçılar, həm də istehlakçılar üçün arzulanandır. Onun sözlərinə görə, yüksək neft qiymətləri bazar üçün çökmə riski yaradır: “Qiymətlərin 100 dollardan artıq olmasını istəməzdim. Çünki bu, aşağı gəlirli, təsirsiz layihələrə investisiyaları stimullaşdıra bilər və bazarın çökməsinə səbəb ola bilər”.
Son aylar neftin qiymətindəki yüksəlişlə bağlı “Şərq”ə danışan iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, bahalaşmanın bir neçə səbəbi var. Ekspert vurğulayıb ki, ən mühüm səbəb dünya iqtisadiyyatının tədricən pandemiya şəraitindən çıxmasıdır:
“Pandemiyadan sonra neftə tələbat artsa da, neft istehsalı ona adekvat olmayıb. Bu da təbiidir, çünki pandemiyadan ciddi ziyan görən neft müəssisələri yeni tələblərlə ayaqlaşmaq iqtidarında deyil. Əslində hazırda neftin dünya bazarındakı qiyməti heç də mövcud reallığa uyğun deyil. Qiymətin 85 dollara çatması tələb-təklif arasındakı fərqdən qaynaqlanır. Bilirsiz ki, OPEK-in sonuncu iclasında qərara alınıb ki, hasilat hər ay üzrə artırılsın. Bu qərarın bazarlardakı neft qiymətlərinə nə dərəcədə təsir göstərəcəyini demək çətindir. Görünən odur ki, qiymətlər hələlik yüksəlməkdədir. Bu da əsasən Çin iqtisadiyyatının inkişafı və Avropa Birliyi ölkələrinin tələbatı ilə bağlıdır”.
P.Heydərov bəyan edib ki, bu tendensiya bir müddət davam edəcək:
“Ümumiyyətlə isə neftin hamı üçün ən münasib qiyməti 60-65 dollar civarıdır. Bu, bütün neft hasil edən ölkələr üçün ən sərfəli qiymət həddi sayılır. Hazırkı qiymət bundan çox da yüksək deyil. Bahalaşmanın 100 dolları keçəcəyi ehtimalı isə çox azdır. Nəzərə alaq ki, hazırda neftin və dolayısı ilə yanacağın qiymətinin yüksəlməsi digər ərzaq və qeyri-ərzaq məhsullarının, o cümlədən daşınmanın da bahalaşması deməkdir. O səbəbdən indiki dönəmdə neftin qiymətinin kəskin bahalaşması arzuolunan deyil. Neftin qiymətinin bahalaşması uzağı ilin ortalarına kimi müşahidə olunacaq. İlin ortasından etibarən qiymətlər sabitləşməyə doğru gedəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə