Niderland şirkətlərinin Azərbaycanda maraq göstərdiyi sahələr açıqlanıb
Yusif Nəzərli
09:36 18.05.2023
İqtisadiyyat
593
Niderland şirkətləri Azərbaycanda kənd təsərrüfatı, dayanıqlı şəhərlərin yaradılması, bərpa olunan enerji ilə bağlı layihələrdə iştirak etməkdə maraqlıdırlar.
Bunu “Report”a Niderland Krallığının Azərbaycandakı səfiri Paulin Eizeman deyib.
O vurğulayıb ki, Niderland şirkətləri şəhərlərin davamlı inkişafı üçün çox yeniliklər təqdim edə bilərlər: “Əksər Niderland şirkətləri Azərbaycanda təmsil olmasalar da, ölkə ilə biznes əlaqələri mövcuddur və əməkdaşlıq üçün maraq artır”.
Səfirin sözlərinə görə, Azərbaycanla Niderland arasında əlaqələri yüksək səviyyədir: “Lakin bu əlaqələri bütün sahələr üzrə genişləndirmək üçün çoxlu imkanlar var”.
P. Eizeman dünən Bakıda işinə başlayan 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak edən Niderland şirkətlərinin fəaliyyət istiqamətlərinə toxunub: "Onların bir qismi birinci dəfədir ki, sərgidə iştirak edirlər. Bəziləri isə artıq ötən ilki sərgidə iştirak ediblər. Onların arasında kənd təsərrüfatı sahəsində ixtisaslaşan, davamlı və dayanıqlı su həlləri təqdim edən, suya qənaətlə və təkrar istifadəni hədəfləyən şirkətlər var. Bununla yanaşı, heyvan sağlamlığının optimallaşdırılması sahəsində fəaliyyət göstərən şirkətlər də var”.
Səfir bildirib ki, 31 may-3 iyun tarixlərində keçiriləcək Bakı Enerji Həftəsində də 3 Niderland şirkəti iştirak edəcək.
Xatırladaq ki, Azərbaycanla Niderland arasında 2022-ci ildə ticarət dövriyyəsi 238 milyon 938 min ABŞ dolları təşkil edib. Bu, 2021-ci illə müqayisədə 46,7 % çoxdur.
Bu ilin 4 ayında iki ölkə arasında ticarət dövriyyəsi 51 milyon 548 min ABŞ dolları təşkil edib. Bu illik müqayisədə 11,8 % çoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm