Özəl pensiya fondunun yaradılması çətin deyil, amma...
06:11 28.05.2023
İqtisadiyyat
648
Problem bu fondun özünü doğrultmasıdır
"Ona görə də 10 ilə çatır ki, müxtəlif vaxtlarda gündəmə gəlir və
bir az sonra mövzu donur"
Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına hazırlıq gedir.
Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov jurnalistlərə açıqlama verən zaman bildirib ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün normativ hüquqi sənədlərin layihələri hazırlanır.
Onun sözlərinə görə, dövlət qurumları ilə müzakirələr yekunlaşdıqdan sonra baxılması üçün hökumətə təqdim olunacaq.
Dövlətin pensiya fondlarına alternativ olaraq yaradılan özəl fond təcrübəsi dünyada uzun müddətdir tətbiq olunur. İnsanlar öz qazanclarından bu fondlara müəyyən vəsait ödəyir və pensiyaya çıxmaq istədikdən sonra fərdi pensiya şəklində geri alır.
Beləliklə, özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan baza hesab edilir. Bəziləri düşünür ki, özəl fondlar dövlətin sosial yükünün müəyyən dərəcədə azalmasına gətirib çıxara bilər.
Doğrudan da Azərbaycanda özəl pensiya fondları yaradıla bilər?
İqtisadçı-ekspert Eldəniz Əmirov Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılması çətin deyil. Lazımi normativ hüquqi sənəd layihələri hazırlanır, müvafiq prosedurlar icra edilir və fond yaradılır. Burda çətin heç nə yoxdur: “Amma çətin olan bu fondun özünü doğrultmasıdır. Ona görə də 10 ilə çatır ki, müxtəlif vaxtlarda gündəmə gəlir və bir az sonra mövzu donur.
Çünki bu fondun uğurlu fəaliyyəti üçün tam başqa iqtisadi şərait lazımdır. Hansı ölkələrdə (məsələn, B.Britaniya, Almaniya və s.) belə iqtisadi şərait üstündürsə, orada bu fondlar uğurla fəaliyyət göstərir. Bunun çox sadə izahı var. Əgər ölkədə açılan müəssisələr bir neçə il sonra bağlanmırsa, investisiyaların ROİ indeksi yuxarıdırsa –investora ciddi gəlir gətirirsə, əlində pul olub iqtisadiyyata pul yatırmaq istəyən investorların və ya digər fondların investisiya həcmləri iqtisadiyyatın tələb etdiyi investisiya həcmlərini ödəməkdə çətinliklə çəkirsə, o zaman özəl pensiya fondu yaradılıb doğru idarə edilərsə, böyük uğur qazana bilər. Yalnız vətəndaş bu halda öz əllərilə bu gün fonda qoyduğu pulu 40-45 il sonra faizlə bərabər problemsiz şəkildə pensiya kimi alacağına əmin olar.
Hesab edirəm ki, bir az da gözləyək. Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi prosesinin nəticələri özəl pensiya fondunun özünü necə aparacağı ilə bağlı bir sıra suallara cavab tapmağa kömək edəcək. Əgər sərbəst vəsaitlər dövlət fonduna gəlir gətirərsə və davamlı müsbət dinamika izlənərsə, o zaman özəl pensiya fondları haqqında daha ürəklə danışmaq olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil