Prezident əmək pensiyası ilə bağlı sərəncam imzalayıb
Yusif Nəzərli
09:35 04.03.2022
İqtisadiyyat
762
Prezident İlham Əliyev "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncam “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 3135 nömrəli Sərəncamının icrasını təmin etmək və əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alınıb.
Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin edəcək.
Həmçinin nazirlik bu sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.
Nazirlər Kabineti isə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Həmçinin Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görməli və irəli gələn digər məsələləri həll etməlidir.
Bu Sərəncamın 1-ci hissəsi 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşakov: Putin və Tramp bu gün görüşə bilərlər
13:37 18.11.2026
Gündəm
İraq Baş naziri SEPAH-a xəbərdarlıq etdi
13:30 18.11.2026
Aktual
Trampın Çinə səfəri başlayıb
13:22 18.11.2026
Dünya
Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq
13:15 18.11.2026
Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb
12:54 18.11.2026
Ekologiya
DYP Samuxda baş verən qəza ilə bağlı məlumat yaydı
12:47 18.11.2026
Hadisə
Hikmət Babaoğludan Zahid Oruca irad: Bu, doğru deyil
12:40 18.11.2026
Cəmiyyət
Yohann Vadeful: Bakıda açıq dialoq apardıq
12:33 18.11.2026
Siyasət
Dərman satışı zamanı bazar qiymətinin tətbiqi qaydaları dəyişir
12:29 18.11.2026
Sağlamlıq
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
12:22 18.11.2026
Gündəm
Kilolu adamlarla bağlı ən son araşdırma - Az yaşayırlar
12:14 18.11.2026
Sağlamlıq
Hesablama Palatasının xərclərinə ayrılan vəsait artırılıb
12:12 18.11.2026
İqtisadiyyat
Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir
12:04 18.11.2026
İqtisadiyyat
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:53 18.11.2026
İqtisadiyyat