Qadağa götürülür: Türkiyə malları Ermənistan bazarına daxil ola biləcək
Yusif Nəzərli
10:36 26.11.2021
İqtisadiyyat
524
"İndiki halda Türkiyə ilə iqtisadi əlaqələrin bərpası Ermənistan üçün hava-su kimi lazımdır"
2022-ci il yanvarın 1-dən Ermənistana Türkiyədən tikinti materiallarının idxalına qoyulan qadağa götürüləcək. “Joxovurd” qəzeti yazıb ki, yaxın aylarda türk geyim, ayaqqabı, kosmetika və digər malların idxalına qoyulan qadağa da aradan qaldırılacaq. Ermənistanın İqtisadiyyat naziri Vaan Kerobyan isə bildirib ki, bu məsələ müzakirə olunur və hökumət bunun qarşısını almaq üçün düşünür:
“Türk mallarına qoyulan qadağanın uzadılmasının iqtisadiyyatımıza və yerli istehsala müsbət təsir göstərdiyini düşünməliyik. Bu istiqamətdə normal təhlil aparılandan sonra nəticələr ictimaiyyətə təqdim olunacaq”. Xatırladaq ki, son aylarda Türkiyə-Ermənistan əlaqələrinin normala dönməsi, münasibətlərin bərpası istiqamətində müzakirələr gedir.
İqtisadçı-ekspert Fuad İbrahimov “Şərq”ə bildirib ki, Ermənistan dörd dövlətlə sərhəddir. Analitikin sözlərinə görə, Ermənistanın ən böyük sərhədləri Türkiyə və Azərbaycanladır:
“Ermənistanın ən uzun və kommunikasiyalı sərhədləri məzh bu iki dövlətlədir. Amma Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olması, diplomatik, iqtisadi əlaqələrin kəsilməsi Ermənistanı sözün həqiqi mənasında çökdürüb. Ümumiyyələ, Ermənistan iqtisadiyyatı müstəqillik əldə edən gündən qonşu Rusiyanın dotasiyası ilə ayaqda qalmağa çalışır. Ermənistanın əsas iqtisadiyyatı Rusiya bazarlarına kənd təsərrüfatı məhsulları çıxartmaq üzərində qurulub. Bilirsiz ki, Rusiyaya keçid Gürcüstan ərazisindəndir. Orada Yuxarı Lars deyilən keçid məntəqəsi var ki, qışda işləmir. Yay fəslində isə turistlərin çoxluğundan sıxlıq yaranır və Rusiyaya məhsul daşıyan sahibkarlara böyük ziyan dəyir. İndiki halda Türkiyə ilə iqtisadi əlaqələrin bərpası Ermənistan üçün hava-su kimi lazımdır. Əgər erməni hökuməti özünü sivil, normal şəkildə aparmaq niyyətindədirsə, xəritədə Ermənistan adlı dövlətin qalmasında maraqlıdırsa, iqtisadi tənəzzülün defolt vəziyyətə çatmasını istəmirsə, mütləq Türkiyə ilə əməkdaşlığı bərpa etməlidir”.
F.İbrahimov vurğulayıb ki, ilk növbədə tikinti məhsulları ilə bağlı verilən qərar göstərir ki, zamanla tərəflər arasında siyasi-iqtisadi problemlər həllini tapacaq:
“Ermənistanın iqtisadiyyat nazirinin sözləri iqtisadi nəzəriyyə baxımından doğrudur. Söhbət kosmetikadan, geyimdən və yüngül sənaye məhsullarından gedir. Türkiyədən idxal olunan məhsullar ermənilərin yerli istehsalını dərhal sıradan çıxaracaq. Çünki ermənilərin yerli istehsalı Türkiyə malları ilə keyfiyyət və qiymət baxımından rəqabət apara bilməz. Amma reallıq odur ki, Ermənistanın başqa çıxış yolu yoxdur. Həm də Ermənistanda yerli istehsalçılar Türkiyədən keyfiyyətli xammal da əldə edə bilərlər. Türkiyə ilə iqtisadi əməkdaşlıq qaçılmaz aksiomadır. Ermənistanın alternativ yolu qalmayıb və məhsullara tətbiq olunan qadağanın müddətinin uzadılması erməni iqtisadiyyatı üçün öldürücü zərbədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol