Qaz müqaviləsindən bütün tərəflər qazanacaq - İranlı ekspertlər
05:29 05.12.2021
İqtisadiyyat
571
Azərbaycan, Türkmənistan və İran arasında qazın svop tədarükü üzrə Aşqabadda imzalanan müqavilə bütün tərəflərə qazandıran bir razılaşmadır.
Trend-in məlumatına görə, bunu Beynəlxalq Araşdırmalar İnstitutunun iranlı eksperti Mehdiyə Əbülhəsəni deyib.
M.Əbülhəsəninin sözlərinə görə, bu müqavilə əsasında İran Türkmənistandan idxal etdiyi qaz üçün vəsait ödəməyəcək, bunun qarşılığında Azərbaycana qaz ixrac edəcək.
Ekspert əlavə edib ki, bu müqavilə ciddi siyasi və iqtisadi əhəmiyyət daşıyır, bu baxımdan hər üç ölkə üçün müsbət faktor hesab olunur:
"İranın İqtisadi Əməkdaşlıq Təşkilatının beş üzv ölkəsi ilə qonşudur. Üstəlik sanksiyalar şəraitindədir. Buna görə də İran mütləq qonşu ölkələrlə münasibətləri inkişaf etdirməlidir. Bu baxımdan qaz svopu üzrə müqavilə hər iki aspektdən İrana kömək edəcək", - deyə o bildirib.
M.Əbülhəsəninin fikrincə, bu müqavilə İranın Avropaya qaz ixracı üçün perspektiv də yarada bilər.
İranın Milli Neft Şirkətinin beynəlxalq məsələlər üzrə idarəsinin sabiq müdiri Məhəmməd Əli Xətibi də qeyd edib ki, İranın şimal və şimal-şərq vilayətləri ölkənin qaz şəbəkəsinin sonunda yerləşir və soyuq fəsillərdə istehlakın artması ilə həmin ərazilərdə qazın təzyiqi aşağı düşür:
"İranın bu vilayətlərində infrastruktur problemlərinə görə, qısa müddət ərzində istehlakın azaldılması üzrə hər hansı plan icra etmək mümkün deyil. Türkmənistan, İran və Azərbaycan arasında qaz svopu üzrə imzalanan müqavilə İranın şimal və şimal-şərq vilayətlərində verilən qazın təzyiqinin aşağı düşməsinin qarşısını ala bilər. Hazırkı şəraitdə bu vilayətlərə qaz verilməsi üçün alternativ yol yoxdur", - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzalayıblar.
Razılaşmaya əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə ildə 1,5 - 2 milyard kubmetrədək qaz göndəriləcək. Müqavilənin icrasına bu aydan başlanılması gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol