Rəqabət məcəlləsi qəbul olunsun! –«Ən böyük problem məmur biznesi ilə bağlıdır» - Son qoyulsun !
Yusif Nəzərli
11:56 01.02.2022
İqtisadiyyat
732
Fazil Mustafa:«Azərbaycanda rəqabət məcəlləsinin qəbul olunmaması özəl sektorun sıradan çıxarılmasının, sahibkarlığın tamamilə acınacaqlı vəziyyətə salınmasının əsas səbəblərindən biridir »
Natiq Cəfərli:«Məmurların biznesdə hegemon rol alması onlara bağlı biznes strukturlarının fəaliyyəti rəqabətsizlik mühiti üçün şərait yaradır»
Bu gün Milli Məclisin plenar iclası keçirilib. Millət vəkili Fazil Mustafa Rəqabət Məcəlləsinin qəbul olunmaması problemindən bəhs edib:
“Ən vacib məsələlərdən biri Azərbaycanda rəqabət məcəlləsinin indiyə kimi qəbul olunmaması ilə bağlıdır. Özəl sektorun sıradan çıxarılmasının, sahibkarlığın tamamilə acınacaqlı vəziyyətə salınmasının əsas səbəblərindən biri budur. Burada kimlərin marağı var, başa düşmək olmur. Amma zaman göstərir ki, dövlət bir sıra məsələlərdə, xüsusilə, dünyada iqtisadi xaosun baş verdiyi vəziyyətdə bu problemləri çox vaxt həll edə bilmir. Bu vəziyyət özəl sektorun yükünü daha da ağırlaşdırır. Ona görə də, məşğulluqla, işsizliklə bağlı xeyli problemlər gündəmə gəlir. Bu da sosial gərginliyi artırır”.
İllərdir, Rəqabət Məcəlləsi müzakirə olunur,lakin müsbət qərar qəbul olunmur.
Deputatın təklifinə dəstək ifadə edən iqtisadçı-ekspert Natiq Cəfərli də «Sherg.az»a bildirib ki, ilk növbədə Rəqabət məcəlləsi qəbul olunmalıdır. Həmin məcəllə 2008-ci ildən bəri parlamentin rəflərində qalıb və təəssüf ki, hələ də qəbul olunmur:
«Bu məcəllə və sonra da bütün qanunvericilik aktları, o cümlədən “Haqsız rəqabət haqqında” qanun da bununla uyğunlaşdırılmış şəkildə qəbul olunmalıdır. Eyni zamanda ictimai müzakirələr təşkil edilməlidir. Təməl Rəqabət Məcəlləsinin özü olmalıdır. Əgər bu təməl olmayacaqsa, bünövrəsi sağlam olmayan hansısa qanunvericilikdə dəyişikliklər etməklə problemi həll etmək alınmayacaq”.
N.Cəfərliyə görə, məcəllə maraq qruplarında başağrısı yaratmasın deyə, qəbul olunmur:
“Yəni kiçik sahibkarlar, şirkətlər tez-tez Rəqabət Məcəlləsindən istifadə edərək dövlət orqanlarına, məhkəmələrə müraciət etməsin. Ona görə də biz Rəqabət Məcəlləsinin qəbul prosesinin uzadılmasının şahidi oluruq”.
Ekspert sağlam rəqabətə maneə törədən əsas faktorun məmurların biznesə müdaxiləsi olduğunu qeyd edib:
“Rəqabətlə bağlı Azərbaycanda ən böyük problem məmur biznesi ilə bağlı olur. Bu haqda ən yüksək səviyyədə də zaman-zaman açıqlamalar verilib. Nəticə etibarilə, məmurların biznesdə hegemon rol alması onlara bağlı biznes strukturlarının fəaliyyəti rəqabətsizlik mühiti üçün şərait yaradır. Məmurlara bağlı şirkətlər, inzibati resurslardan istifadə edərək haqsız rəqabətdə önə çıxırlar. Onlar daha çox tender udurlar, ölkəyə daha çox mal gətirə bilirlər. Bir sözlə, daha böyük üstünlüklərə malik olurlar.
N.Cəfərli Rəqabət Məcəlləsi indi qəbul olunsa belə, hər şeyin dərhal dəyişəcəyi anlamına gəlmədiyini vurğulayıb:
“Rəqabət Məcəlləsi ilə rəqabətin özünün yaratdığı bir alqoritm da olmalıdır. Yəni rəqabət mühiti olmalıdır, məhkəmə hakimiyyətində ciddi dəyişikliklər aparılmalıdır, məmurları biznesdən ayırma prosesi, heç olmasa, başlamalı və sona çatmalıdır. Bu məsələlər fonunda Rəqabət Məcəlləsi Azərbaycanda effekt verə bilər”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir
16:46 21.08.2026
Dünya
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı