Rusiya-Ukrayna savaşı dünyada qiymət artımı yaradıb
Yusif Nəzərli
08:59 05.04.2022
İqtisadiyyat
907
Xalid Kərimli: "Qiymətlərin yüksəlməsi Azərbaycana da gələcək"
"Avropa İttifaqı Rusiyaya güzəştə getməsə, rublla qaz almasa, qiymətlər daha da artacaq". Bu barədə İranın "Farda" nəşri yazıb. Nəşrin yazdığı məlumatda bildirilib ki, Polşanın keçmiş baş naziri Donald Tuskun öz ölkəsində çörəyin qiymətinin yaxın gələcəkdə dörd dəfə arta biləcəyi proqnozuna istinad edilir: "Buna səbəb Ukraynada əkin kampaniyasının pozulmasıdır. Digər təhlükəli tendensiya isə yanacaq qiymətinin artması ilə əlaqədardır. Avropa İttifaqı Rusiyaya güzəştə getməsə, rublla qaz almasa, qiymətlər daha da artacaq. Bu, enerji və avtomobil yanacağının qiymətinə də təsir edəcək. Nəticədə isə bir çox digər məhsullar, o cümlədən ərzaqlar bahalaşa bilər".
İqtisadçı Xalid Kərimli "Şərq"ə açıqlamasında bildirib ki, enerji, neft qiymətləri piklərdən 100-110 dollar intervalına düşüb:
"Qiymət artımı müharibəyə qədər də olub. Müharibə və onun fonunda tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatının bu il 7-11 faiz geriləməsi ilə nəticələnəcək. Amma cəza tədbirləri ilə iqtisadi inkişafın dayanması prosesinin 7-11 faiz olacağı ehtimalı var. Bundan başqa təbii ki, Avropa iqtisadiyyatının genişlənməsi də ləngiyəcək. Enerji qiymətlərinin bahalaşması Azərbaycan üçün xeyirdir. Amma dünya üçün fəsadlarından biri enerji qiymətlərinin yüksək olmasıdır.
Bu, inflyasiyanı, daşıma xərclərini artırır. Rusiya da, Ukrayna da ərzaq xammalı ölkəsidir. Savaşın bu ölkələrin iştirakı ilə getməsi məhsulların da qiymətini bahalaşdırır. Rusiyaya tətbiq edilən cəza tədbirləri ərzaq, taxıl məhsullarını bahalaşdıran amildir. Ukraynanın əkin kampaniyasından kənarda qalması ehtimalı taxıl qiymətlərini də qaldıra bilər. Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı dəyərləndirib ki, böhran, müharibə dünya ərzaq qiymətlərini indiki səviyyədən 8-22 faiz çox artıracaq".
İqtisadçı qeyd edib ki, qiymətlərin yüksəlməsi Azərbaycana da gələcək:
"Artım ehtimalı böyükdür. Yükdaşımaların marşrutlarının dəyişməsi, Qaradəniz üzərindən ticarətin dayanması bütün dünyada daşıma xərclərinin bahalaşmasına gətirib çıxaran məsələlərdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə