Şadlıq sarayları qiyməti artırmağa məcburdur
Yusif Nəzərli
10:26 24.05.2023
İqtisadiyyat
924
Qış aylarında ətin kiloqramı 12-13 manat idisə, indi 15-16 manatdır
“Sifarişləri azalan, müştəri itirən şadlıq sarayları itirdiklərinin əvəzini sifarişçidən çıxmağa çalışır”
Şadlıq saraylarında yenə qiymət artımı var. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin məlumatında bildirilir. Məlumata görə, 2023-cü ilin aprel ayında şadlıq saraylarında sifarişlərin sayı 72.8 faiz azalıb. Əsas səbəb aprel ayının ilk iki ongünlüyünün Ramazan ayına təsadüf etməsidir. Aprel ayının son həftəsində - Ramazan ayı başa çatdıqdan sonra isə şadlıq saraylarında canlanma müşahidə edilib. Bununla yanaşı şadlıq saraylarında aprel ayında qiymətlər 10.2 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb: 14.5 faiz. Qiyməti 40-80 faiz olan menyuların qiyməti 8.7 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 7.4 faiz artım qeydə alınıb.
Bu, şadlıq saraylarının ənənəvi iş prinsipidir. Ramazan, məhərrəmlik, el arasında “bəd” sayılan may ayı, eləcə də ilin bəzi günlərində (20 yanvar, Xocalı faciəsi) almadıqları sifarişləri digər vaxtlarda artıqlamasıyla kompensasiya etməyə çalışırlar və buna nail olurlar. Övladının toyunu görmək həsrətində olanlar, toy arzulayanlar da qiymət artımına tabe vəziyyətə düşürlər.
İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında qeyd etdi ki, ümumi qiymət artımı hər sahəyə, o cümlədən də şadlıq saraylarında qiymət artımına təsir edir:
- Ümumi qiymət bahalaşması fonunda şadlıq saraylarının da qiymətlərdə artım etməsi, tamamilə təbiidir. Ərzaq məhsullarının qiymətlərindəki inflyasiya hər sahədə qiymətlərin bahalaşmasına səbəb olur, o cümlədən də şadlıq saraylarında. Burada qeyri-adi heç nə yoxdur. Ərzaq məhsullarının qiymətində nəzərəçarpacaq artım var. Və qiymət artımı davam edir. Qiymətlərin enəcəyi ehtimalı da azdır. Şadlıq sarayları ərzağın qiymətindəki artımı səbəb göstərərək menyuların qiymətini qaldırır. Bu da anlaşılandır. Şadlıq sarayları ərzağı 2 ay, ay yarım əvvəlki qiymətə almır axı. Qış aylarında ətin kiloqramı 12-13 manat idisə, indi 15-16 manatdır.
Ümumi qiymət artımı var deyə, şadlıq sarayları da qiymətləri qaldırmağa məcburdur. Bu, zəncirvari bir prosesdir. Amma nəzərə alaq ki, əhalinin gəlirləri azaldıqca, şadlıq saraylarına sifarişlər də azalır. Aztəminatlı kəsim bahalı şadlıq saraylarında toy məclisi təşkil etməkdən vaz keçir.
Nisbətən əlçatan, ucuz qiymətlər təklif edən şadlıq saraylarına üz tuturlar, ya da ümumiyyətlə həyət toylarına üstünlük verirlər. Bütün hallarda şadlıq sarayları üçün qiymət artımına istər-istəməz şərait formalaşmış olur. Sifarişləri azalan, müştəri itirən şadlıq sarayları itirdiklərinin əvəzini sifarişçidən çıxmağa çalışır. Şadlıq sarayının da xərcləri, vergisi, işçilərin əməkhaqqının ödənilməsi problemi var.
Amma mən ötən dəfə də bildirmişdim ki, şadlıq sarayları vətəndaşların da qiymət bahalığından əziyyət çəkdiyini, zərərçəkən olduğunu nəzərə alıb, qiymət artımını qonaq sayı ilə kompensasiya edə bilər. Amma bunu etmirlər. Daha çox gəlir əldə etməyə çalışırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil